"Lake Hotel"in icarədarı
Kriminal 22 Noy 2025 17:33:00 77 0
Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Bu xəbəri də oxu: Canlı yayımda söyüş söyən tiktoker cərimələndi
Bu barədə Son.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesində yerləşən "Lake Hotel"in işçiləri - 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.
Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yar
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu səhər sosial şəbəkə izlə
Tibb tarixinin ən unikal və cəsarətli əməliyyatlarından biri 1961-ci ild�
Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya x�
Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində l
"Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı "Loft&
"Sənətçinin ayağını yuxarı qaldırıb, etiketinə baxırsan"
ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalını və onun aparı
Noyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, əfsan�
sosial şəbəkədə fəal paylaşım edən müğənni İbrahim Borçalının h�
Braziliyanın 2019-2022-ci illərdə dövlət başçısı olmuş Jair Bolsonaro
Bakıda dələduzluq və sənədlərin saxtalaşdırılması əməlində təqsir
Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət in
Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan &qu
