11 illik fasilədən sonra Təranə Muradova yenidən səhnəyə çıxır: Sanki övlad anasına qayıdır…


Kriminal 22 Noy 2025 16:40:00 72 0

11 illik fasilədən sonra Təranə Muradova yenidən səhnəyə çıxır: Sanki övlad anasına qayıdır…

Noyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti Təranə Muradovanın 60 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. Bu gecə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə baş tutacaq.

Əlamətdar tədbir ərəfəsində yubilyar Trend-ə qarşıdakı bayram gecəsi barədə danışıb.

Proqramda Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının çıxışları, həmçinin çoxlu sürprizlər yer alacaq. Şərəfli qonaqlar arasında Özbəkistan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Macarıstan, Rusiya və digər ölkələrin tanınmış xoreoqrafiya nümayəndələri olacaq.

"Bu, həqiqətən də xüsusi və yadda qalan bir gündür. Mənim rəhbərlik etdiyim Azərbaycan Rəqs Festivalı yaxınlarda böyük beynəlxalq layihə - Azerbaijan Dance Festival keçirdi, burada təxminən 30 ölkənin nümayəndələri iştirak etdilər və onların çıxışları mənə böyük sevinc bəxş etdi.

Noyabrın 25-də isə mən həyatımda xüsusi yeri olan bir səhnəyə - ilk rəqs addımlarımı atdığım Heydər Əliyev Sarayının səhnəsinə çıxacağam.

Konsertdə Azərbaycan rəqs mədəniyyətinin geniş palitrası, eləcə də dünya xalqlarının rəqsləri və mənim müəllif quruluşlarım təqdim olunacaq. Proqramda klassika, xalq sənəti və müasir xoreoqrafiya kimi müxtəlif janrları bir araya gətirməyə çalışmışıq.

Əlbəttə ki, beynəlxalq festivalda təqdim etdiyim sürprizi də təkrar edəcəyəm - Xalq artisti Emin Ağalarovun "Azərbaycan" mahnısına hazırladığım müəllif kompozisiyasını. Bu ifada mənə dünya çempionları Eldar Cəfərov və Denis Taqintsev də qoşulacaqlar. Həmçinin Denis Taqintsev və Anna Melnikovanın duet çıxışı da təqdim olunacaq," - deyə xalq artisti bildirib.

Təranə Muradovanın sözlərinə görə, proqramda xüsusi yer tutan nömrələrdən biri də qədim Azərbaycan rəqsi "Uzundərə" olacaq. Bu rəqs vaxtilə kamera orkestri və xalq çalğı alətləri ansamblının müşayiəti ilə yeni tərzdə təqdim edilmiş və Ümummilli lider Heydər Əliyevin böyük rəğbətini qazanmışdı. Məhz onun təşəbbüsü ilə bu musiqiyə Təranə Muradovanın klassik və xalq xoreoqrafiyasının sintezi olan yeni quruluşu hazırlanmışdı.

"Bu rəqsi ilk dəfə 1997-ci ildə "Gülüstan" sarayında çoxsaylı xarici qonaqların iştirak etdiyi dövlət tədbirində təqdim etmişdim. O vaxtdan etibarən məhz bu rəqslə bütün dünyanı dolaşdım. "Uzundərə" Ümummilli lider Heydər Əliyevin ən sevdiyi əsərlərdən biri idi. Yubiley gecəsində bu rəqsi yenidən ifa edəcəyəm - tarixə və ənənəyə, Ulu öndərin əziz xatirəsinə hörmət əlaməti olaraq", - deyə Təranə Muradova əlavə edib.

Azərbaycanlı müğənninin həkim qızı gözəlliyi ilə DİQQƏT ÇƏKDİ like
  • 22 Noy 16:26  
Şou-biznes Azərbaycanlı müğənninin həkim qızı gözəlliyi ilə DİQQƏT ÇƏKDİ

sosial şəbəkədə fəal paylaşım edən müğənni İbrahim Borçalının h�

arrow Ətraflı
Jair Bolsonaro həbs olundu like
  • 22 Noy 16:22  
Dünya Jair Bolsonaro həbs olundu

Braziliyanın 2019-2022-ci illərdə dövlət başçısı olmuş Jair Bolsonaro

arrow Ətraflı
Bakıda sahibsiz villaları göstərib 110 min aldılar like
  • 22 Noy 16:13  
Kriminal Bakıda sahibsiz villaları göstərib 110 min aldılar

Bakıda dələduzluq və sənədlərin saxtalaşdırılması əməlində təqsir

arrow Ətraflı
Azərbaycanda yaşayış evləri bahalaşdı like
  • 22 Noy 16:10  
Digərləri Azərbaycanda yaşayış evləri bahalaşdı

Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət in

arrow Ətraflı
Ofelya metroda "konsert" verdi like
  • 22 Noy 15:58  
Şou-biznes Ofelya metroda "konsert" verdi

Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan &qu

arrow Ətraflı
"İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər" like
  • 22 Noy 15:57  
Digərləri "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"

"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızlar

arrow Ətraflı
Hər gün zeytun yağı içdi, başına elə şeylər gəldi ki... like
  • 22 Noy 15:43  
Digərləri Hər gün zeytun yağı içdi, başına elə şeylər gəldi ki...

Son vaxtlar sosial şəbəkələrdə gündəlik zeytun yağı içmək trendi gen

arrow Ətraflı
Smayla görə tələbəni həbs etdilər like
  • 22 Noy 15:30  
Digərləri Smayla görə tələbəni həbs etdilər

Moskvada tələbə emoji səbəbi ilə həbs olunub.

arrow Ətraflı
"Xalq artisti olmağa layiqəm" like
  • 22 Noy 15:20  
Şou-biznes "Xalq artisti olmağa layiqəm"

Səhnəyə yenidən qayıdan müğənni Samir Bağırov jurnalist Elvin Elxana a

arrow Ətraflı
Bakıda mağaza və restoranda oğurluq edən 2 qadın tutuldu like
  • 22 Noy 15:10  
Kriminal Bakıda mağaza və restoranda oğurluq edən 2 qadın tutuldu

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

arrow Ətraflı
"HTC" klinikasındakı əməliyyatdan NARAZILIQ: "Hərəkət edə bilmirəm"  FOTO like
  • 22 Noy 15:00  
Digərləri "HTC" klinikasındakı əməliyyatdan NARAZILIQ: "Hərəkət edə bilmirəm" FOTO

Daha bir vətəndaş keçirdiyi plastik əməliyyata görə klinikadan və həki

arrow Ətraflı
"Ərim mənə qonşumla xəyanət etdi" like
  • 22 Noy 14:48  
Digərləri "Ərim mənə qonşumla xəyanət etdi"

Türkiyədə bir qadın ərinin onu alt qonşuları ilə xəyanət edərkən yax

arrow Ətraflı
"Deyirsiniz qocalıram, o qızı gedir, bu biri qızı oxumağa gəlir, "tüstünüz çıxır"" like
  • 22 Noy 14:38  
Şou-biznes "Deyirsiniz qocalıram, o qızı gedir, bu biri qızı oxumağa gəlir, "tüstünüz çıxır""

Müğənni Təranə Qumral yenidən qalmaqallı açıqlaması ilə diqqət mərk

arrow Ətraflı
Həmin "Lake Hotel" intim görüşlər üçün istifadə olunurmuş  FOTO like
  • 22 Noy 14:30  
Digərləri Həmin "Lake Hotel" intim görüşlər üçün istifadə olunurmuş FOTO

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakıda "Lake Hotel"in 4 əm

arrow Ətraflı