O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri
Digərləri 22 Noy 2025 15:07:00 95 0
Ulu Tanrı yurdumuzdan heç nəyi əsirgəməyib. Azərbaycan adlı məmləkətimizə həm yeraltı, həm yerüstü sərvətlərə, həm də onu bütün dünyada şöhrətləndirən böyük dühalar, şəxsiyyətlər, zəka sahibləri bəxş edib. O zəka sahibləri ki, Azərbaycan elmini yüksəklərə qaldırmaqla, dünya elminə öz töhfələrini vermişlər. Elm aləmi bir qızıl üzükdürsə, onun dəyərli gövhərləri alimlərdir. Belə qüdrətli alimlərdən biri də elm tarixində qara qızılın mahir zərgəri kimi tanınan və bəşəriyyətin elm tarixinə adı qızıl hərflərlə yazılmış böyük Azərbaycan alimi, həmyerlimiz, qüdrətli zəka sahibi, elm korifeyi, böyük vətənpərvər, gözəl qəlbli insan, akademik Yusif Məmmədəliyevdir.
Bu xəbəri də oxu: Yanğına görə restoranı ittiham etdi FOTO
Elmdə və həyatda yüksək zirvələr fəth etmiş, elmin şöhrət zirvəsinin uca pilləsinə güclü istedadı və titanik əməyi ilə yüksəlmiş dünyaşöhrətli alimimiz akademik Yusif Məmmədəliyevin bu il 120 illiyinin qeyd olunması bizdə böyük qürur və iftixar hissi oyadır.
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuş, yaşıllıqlar diyarı, bağlı-bağatlı Ordubad təbiəti də onun ilk müəllimi olmuşdur. Uşaqlıqdan incəqəlbli, həssas və həmişə fikirli görünən Yusif həm ailəsində gözəl tərbiyə almış, həm də torpağı şeirlə yoğrulan və böyük ədəbiyyatçıları ilə məşhur olan Ordubad mühitində ədəbiyyata və elmə xüsusi həvəs göstərmişdir. Dil öyrənməkdə xüsusi istedadı var idi. O uşaq yaşlarında vaxtsız həlak olan qardaşı İlyasdan fars, ərəb, türk dillərini, sonradan isə ingilis dilini də mükəmməl şəkildə öyrənib elmi məclislərdə bu dildə sərbəst çıxışlar etmişdi. Yusif Məmmədəliyev rus və alman dillərinə də yiyələnmişdir. Məhz uşaqlıqdan hər şeyə belə canlı maraq göstərməsi sayəsində Yusif Məmmədəliyev gələcəkdə ensiklopedik bilikli alim olmuşdur.
1918-ci ilin iyun ayında Ordubada daşnakların basqını xəbərini eşidən Hacı Heydər kişi ailəsini böyük itki (oğlu İlyas Arazı keçərkən suda boğulur) və xeyli çətinlikdən sonra Təbrizə gətirir və iki ilə yaxın müddətdə orada yaşamalı olurlar.
Təbrizdə bu zaman Azərbaycanın qəhrəman oğlu Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə demokratik inqilab baş verir, gənc Yusif də alovlu vətənpərvərin çıxışlarını dəfələrlə dinləyərək xalqın azadlıq istəyinə hədsiz sevinirdi. Lakin mürtəce şah rejiminin qanlı cinayətləri, inqilabın amansızlıqla yatırılması gənc Yusifi çox mütəəssir edir. Bundan sonra onların ailəsi 1920-ci ildə yenidən Ordubada köçür.
Və doğma Ordubadda ilk addımlarını atır. Yerli inqilab komitəsinin xahişi ilə Y.Məmmədəliyev müəllim təyin edilir, ömrünün axırınadək müəllim amallı, müəllim vəzifəli qalır. Həm öz yaşıdlarına, həm də yaşlı adamlara dərs deyir. Sevinci də olur, yersiz dedi-qodular da. Ordubadda ilk qadın məktəbini də Y.Məmmədəliyev açır. 1923-cü ildə Bakıya gələn Yusif ədəbiyyatçı olmaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmaq istəyir, lakin kimyaya həvəsi və ona edilən tövsiyələri nəzərə alaraq kimyaçı sənətini seçir. Hələ tələbə ikən fərqləndiyinə görə, 1924-cü ildə Azərbaycan ziyalılarının I qurultayına nümayəndə seçilir və böyük məruzə ilə çıxış edir. 1926-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Gəncəyə təyinat alır. O, dərs dediyi uşaqlara kimyanı böyük həvəslə tədris edər və onlara belə nəsihət edərdi: "Özünüz də axtarın, araşdırın, təbiətdə açılmamış sirlər çoxdur. Daş-qaşla deyil, yalnız elmlə üstünlük əldə edə bilər, xalqımıza çox xeyir verərsiniz!"
Axtarış həvəsi, öyrənmək ehtirası Yusif Məmmədəliyevi 1929-cu ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsinə gətirir. Məşhur alim, akademik N.D.Zelinskinin tələbəsi olur. O gənc Yusifin istedadını görür, onu elmi işlə məşğul olmağa sövq edir. 1931-ci ildə MDU-nu bitirib Moskvanın kimya zavodlarının birində mühəndis işləyən Y.Məmmədəliyevin ürəyi isə daim vətəni Azərbaycanda idi. 1932-ci ildə o, indiki Azərbaycan Dövlət Aqrar Universitetinə kafedra müdiri təyin olunur.
Bir il sonra isə Bakıda indiki Neft-Kimya Prosesləri İnstitutunda işə başlayır ki, burada laborantlıqdan, kiçik elmi işçidən akademikliyə qədər şərəfli yol keçir.
1938-ci ildə MDU onun neft qazlarının tədqiqi sahəsindəki sanballı işlərini görə, dissertasiyaya müdafiə etmədən ona kimya elmləri namizədi alimlik dərəcəsi vermişdi.
Y.Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla karbon tetra xlorid, metil xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir. Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirilmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Y.Məmmədəliyev benzolu apropilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da İkinci Dünya müharibəsində aviasiyanın yüksək oktanlı yanacaqla təmin olunmasına kömək etmişdir.
Yusif Məmmədəliyev Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür.
Xüsusilə Böyük Vətən müharibəsi dövründə Y.Məmmədəliyevin xidmətləri misilsizdir. Müharibənin başlanğıcında müdafiənin nəhəng tələbatlarını ödəmək tapşırığı Yusif Məmmədəliyevə həvalə olunur. Top mərmiləri və minaların hazırlanmasında partlayıcı maddələrin əsas komponenti olan toluol hasilatı prosesini ilk dəfə müəyyənləşdirib istehsalatda tətbiq etdirir.
Y.Məmmədəliyev sovet kimyaçıları sırasında ilk olaraq Dövlət Müdafiə Komitəsinin daha bir sifarişini qısa müddətdə yerinə yetirərək yüksək oktanlı benzin istehsalını təmin etdi. Bakıda bunun üçün dəyəri 12 milyon manat olan zavod tikildi.
1941-1944-cü illərdə Bakı neft ayıranları cəbhəyə 12 milyon 42 min ton yüksəkkeyfiyyətli benzin verdilər. Bu elmi rəşadətə görə Yusif Məmmədəliyev o dövr üçün yüksək mükafat olan "Lenin" ordeninə layiq görüldü. Y.Məmmədəliyevin elmi kəşfləri və ixtiraları alimlərini heyrətə gətirmişdi.
Akademik N.İ.Şuykin Yusif Məmmədəliyevi kimyada yeni istiqamət "Alkilləşmənin kralı" adlandırırdı. Böyük xidmətlərinə görə 1942-ci ildə kimya elmləri doktoru və professor adını almışdır.
Y.Məmmədəliyev həm də istedadlı elm təşkilatçısı idi. Fitri təşkilatçılıq qabiliyyətinə malik idi. Y.Məmmədəliyevin istər akademiyamızın, istərsə də onun bir çox müəssisə və tədqiqat institutlarının açılmasında misilsiz xidmətləri olmuşdur.
Məlumdur ki, Azərbaycanda akademiya qonşu respublikalara nisbətən gec - 1945-ci ildə açılmışdı. Bu da qabaqcıl ziyalıları Üzeyir Hacıbəyovu, Səməd Vurğunu, Y.Məmmədəliyevi, Mir Əsədulla Mirqasımovu, Mirzə İbrahimovu və bir çoxlarını narahat edirdi. Moskvadan akademikliyə namizəd olan kadrları və müxtəlif elmi-tədqiqat institutularını yoxlamaq üçün böyük bir komissiya gəlir. Nəhayət, sorğu-sual meydanına bəstəboy Yusif Məmmədəliyev girir. Bir neçə saat davam edən sorğu-sual və müzakirələrdən sonra SSRİ EA-nın prezidenti Komarov elan edir ki, təkcə Yusif Məmmədəliyev kimi bir alimi olan respublikada akademiya açılmağa dəyər.
Beləliklə, Azərbaycanda Elmlər Akademiyası fəaliyyətə başladı. Y.Məmmədəliyev kimya sahəsində ilk akademik seçildi. Əslində o özü "canlı akademiya" idi. Həmin ildə böyük alim Neft İnstitutunu təşkil etdi və ilk direktoru oldu. 1947-ci ildə Azərbaycan EA-nın prezidenti seçildi. Onun elmi fəaliyyətində yeni daha məsuliyyətli və məhsuldar dövr başladı. Prezident olduğu 6 il ərzində (1947-1951 və 1958-1961) 20-dən çox azərbaycanlı alim Lenin və SSRİ dövlət mükafatına layiq görüldü.
1948-ci ildə onun təşəbbüsü ilə "Bilik" cəmiyyəti təşkil edilmişdir. 1948-1950, 1958-1961-ci illərdə cəmiyyətin Rəyasət heyətinin sədri olmuşdur. Y.Məmmədəliyev 1951-1954-cü illərdə EA-nın fizika, kimya və neft üzrə akademik katibi işləmiş, 1954-58-ci illərdə ADU-nun rektoru olmuşdur.
Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Monqolustan və b. ölkələrdə elmi qurultay, simpozium və konqreslərdə respublikamızı dəfələrlə təmsil etmişdir. Onun ADU-dakı nümunəvi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenlərinə layiq görülmüşdür. Bir çox elmi müəssisələrin və SSRİ-də ilk olaraq Sumqayıt Sintetik Kauçuk zavodunun tikilməsi məhz Y.Məmmədəliyevin adı ilə bağlıdır.
Y.Məmmədəliyev elmin, mədəniyyətin bütün sahələrinə böyük diqqət və qayğı göstərmişdir. Onun Şamaxı Astrofizika Rəsədxanasını açmaq ideyası da maraqla qarşılanmışdı. Rəsədxananın avadanlığının bir çoxu isə böyük məbləğdə pulla xaricdən alınmalı idi. 1959-cu ildə Y.Məmmədəliyevin Almaniyaya rəsədxana üçün sifariş etdiyi böyük teleskop (diametri 2 m) Moskvaya gətirilir. Bundan xəbər tutan Ermənistan EA-nın prezidenti Moskvadakı A.Mikoyanla danışır ki, bu teleskop Ermənistandakı Byurakan Rəsədxanasına, oradakı köhnə teleskop isə Azərbaycana verilsin. Ermənilərin Moskvadakı böyük hamisi Mikoyan belə etməyə çalışır.
Bunu bilən SSRİ EA-nın prezidenti A.Nesmeyanov Y.Məmmədəliyevə vəziyyət haqqında teleqram göndərir. Yusif Məmmədəliyev iclas apararkən teleqramı alır. Tez iclası müavini M.Topçubaşova tapşırıb özü Moskvaya uçur. 3 gün sonra həmin teleskop qatarla Bakıya çatdırılır. Onu yaxından tanıyanların çoxu qeyd edir ki, Yusif Heydər oğlunun müstəsna dərəcədə hazırcavablığı və hipnozedici qabiliyyəti var idi. Görünür ki, bu keyfiyyətləri olduğu üçün teleskopu ambarsumyanlardan qopara bilmişdir. Sonradan onun böyük uzaqgörənliyi ilə Şamaxı Astrofizika Rəsədxanası (hətta yerini də özü müəyyən etmişdi) elm xəzinəsinə xeyli yeniliklər verdi.
Daha bir vətəndaş keçirdiyi plastik əməliyyata görə klinikadan və həki
Türkiyədə bir qadın ərinin onu alt qonşuları ilə xəyanət edərkən yax
Müğənni Təranə Qumral yenidən qalmaqallı açıqlaması ilə diqqət mərk
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakıda "Lake Hotel"in 4 əm
"Öz aramızda" verilişinin son buraxılışı müğənni Əbdül Xal
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik
Vahid Əziz oğlu Cəfərov "Şərəf" ordeni ilə təltif edilib.
"Evli olduğunu bilirdim. Dəfələrlə ayrılmışam, qaçmağa cəhd gös
Şimal yarımkürəsində sürətlə yayılan H3N2 virusu artıq Yaponiya və Av
Məşhur müğənni Emma Ələkbərzadə son görkəmi ilə sosial şəbəkələ
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq millət vəkili Elxan
Qaziantepdə Vilayət Miqrasiya İdarəsinə bağlı Repatriasiya Mərkəzində
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişk
Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeyna
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə�
