Bu il daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?


Digərləri 08 Yan 2026 23:21:00 96 0

Bu il daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?

Azərbaycanda son dövrlərdə, xüsusən paytaxt Bakı və iri şəhərlərdə daşınmaz əmlak qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu yüksəliş şəhər infrastrukturunun inkişafı, yüksək tələbin olması və xarici sərmayələrin artması ilə əlaqədardır. Qiymət artımı xüsusilə mənzil və torpaq sahələrində müşahidə olunur və bu, yerli sakinlər üçün mənzil almağı çətinləşdirir. Eyni zamanda əmlak bazarına olan maraq həm yerli, həm də xarici investorları cəlb edir. Lakin qiymət artımının sosial təsirlərini azaltmaq üçün əlavə tədbirlərin görülməsi vacibdir.

Bu il daşınmaz əmlak bazarında qiymət artımı aktuallığını qoruyacaqmı?

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 2026-cı ildə də daşınmaz əmlak qiymətlərində artımı müşahidə edəcəyik. Bunun əsas səbəbi ondan ibarətdir ki, tikintiyə çəkilən xərclər durmadan artır:

"Həm manatın alıcılıq qabiliyyətindəki fərqlər, həm də işçi qüvvəsinin əməkhaqqı artımı və yanacaq qiymətlərinin yüksəlməsi tikinti xərclərinin artmasına səbəb olacaq. Bu isə daşınmaz əmlakın hazırda qızıla bərabər olan yeganə investisiya vasitəsi kimi daha da cazibədar hala gəlməsinə gətirib çıxarır. Həm biznesmenlər, həm də adi vətəndaşlar daşınmaz əmlakı ən əlverişli yatırım sahəsi kimi qəbul edirlər. Daşınmaz əmlak illik olaraq dəyərini artırır və eyni zamanda gəlir gətirən potensiala malikdir".

V. Oruc torpaq sahələrinin, bağ evlərinin və qeyri-yaşayış obyektlərinin qiymətlərinin dəyişməsi məsələsinə də toxunub:

"Torpaq sahələri daim azalır. Üzərində tikinti aparılması və əhali sayının artması torpaq sahələrinin daha da azalmasına səbəb olur. Bu isə torpağa olan tələbatın artması ilə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.

Xəzər dənizinə yaxın ərazilərdəki evlərin qiymətində artım müşahidə ediləcək. İcarə bazarında müəyyən bir durğunluq yaranarsa və müştərilərin sayında azalma baş verərsə, qeyri-yaşayış obyektlərinin satış qiymətləri bu il stabilləşməyə meyilli olacaq".

O, qeyd edib ki, Bakı şəhərinin Baş Planı 2040-a əsasən, şəhərin tarixi mənzərəsini saxlamaq şərtilə müasirləşmə istiqamətində layihələrin həyata keçirilməsi məqsədilə bir çox köhnə binaların sökülməsi, yeni parkların salınması, ümumilikdə tikinti işlərinin aparılmasına səbəb olacaq:

"Tikintinin maya dəyərinin artması nəzərə alındıqda, mənzil bazarında qiymət artımının baş verəcəyi aydın görünür. Köhnə mənzil bazarında isə qiymətlər daha az və fasiləli dinamika ilə arta bilər. Ümumilikdə, daşınmaz əmlak bazarındakı qiymət artımını faiz olaraq proqnozlaşdırmaq çətindir, çünki bu, bir sıra faktorlardan, o cümlədən makro-iqtisadi göstəricilərin təzahüründən, dünya bazarında neftin qiymətindən, ölkə iqtisadiyyatının inkişaf səviyyəsindən, qarşıdakı maliyyə problemlərindən və onların həlli yollarından, bankların kredit vermə imkanlarından və vətəndaşların iqtisadi fəallığından asılıdır. Bu faktorların hamısı daşınmaz əmlakın qiymətinə təsir göstərə bilər".

Onun sözlərinə görə, 2025-ci ilin sonunda daşınmaz əmlak bazarında aktivlik müşahidə olunub.

"Vətəndaşlar 2025-ci ildə əldə etdikləri kapital yığımını əsasən ilin sonunda daşınmaz əmlaka yönəldiblər. 2026-cı ildə maliyyə alətləri yenilənmədikdə, yəni fond birjaları aktivləşmədikdə və ya səhm bazarı formalaşmadıqda, insanlar üçün alternativ investisiya istiqamətləri təklif olunmadıqda, daşınmaz əmlak qiymətində azalmanın ehtimalı sıfıra yaxın olacaq",- deyə o, əlavə edib. Son.az 

“Uzak Şehir”in izləyicilərinə like
  • 08 Yan 23:12  
Şou-biznes “Uzak Şehir”in izləyicilərinə

Kanal D-də yayımlanan "Uzak Şehir" serialı vaxtından öncə final

arrow Ətraflı
Azərbaycanlı gənc ABŞdə itkin düşdü like
  • 08 Yan 23:04  
Digərləri Azərbaycanlı gənc ABŞdə itkin düşdü

ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mi

arrow Ətraflı
Tramp: Etirazçıların öldürüləcəyi təqdirdə İrana “çox sərt” zərbə endiriləcək like
  • 08 Yan 23:01  
Digərləri Tramp: Etirazçıların öldürüləcəyi təqdirdə İrana “çox sərt” zərbə endiriləcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etiraz aksiyalarının iştira

arrow Ətraflı
İsveçlilər ödənişsiz isinməyin yolunu tapdılar: "Qaz pulu" tarixə qovuşur like
  • 08 Yan 22:53  
Digərləri İsveçlilər ödənişsiz isinməyin yolunu tapdılar: "Qaz pulu" tarixə qovuşur

İsveç enerji xərclərini minimuma endirəcək və təbii qaz asılılığın�

arrow Ətraflı
Vüsal Mirzəyev vəzifəsindən azad edildi like
  • 08 Yan 22:42  
Digərləri Vüsal Mirzəyev vəzifəsindən azad edildi

Şirvan Gömrük Postunun rəisi Vüsal Mirzəyev vəzifəsindən azad edilib.

arrow Ətraflı
Ozan Akbaba 30 milyon qazanacaq like
  • 08 Yan 22:31  
Şou-biznes Ozan Akbaba 30 milyon qazanacaq

"Kanal D" telekanalının reytinq rekordları qıran "Uzak Şehir

arrow Ətraflı
Amerikalı narkomanlardan üzr istədi like
  • 08 Yan 22:30  
Digərləri Amerikalı narkomanlardan üzr istədi

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens amerikalı narkomanlardan üzr istəy

arrow Ətraflı
Elnarə Abdullayeva: "Rəqsanənin cavabını efirdən verəcəyəm" like
  • 08 Yan 22:25  
Şou-biznes Elnarə Abdullayeva: "Rəqsanənin cavabını efirdən verəcəyəm"

Muğam ifaçısı, Əməkdar artist Elnarə Abdullayeva müğənni Rəqsanə İs

arrow Ətraflı
Sabah Yasamalda qaz olmayacaq like
  • 08 Yan 22:13  
Digərləri Sabah Yasamalda qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.

arrow Ətraflı
Gündə bir fincan noxud yeməyin faydaları like
  • 08 Yan 22:00  
Digərləri Gündə bir fincan noxud yeməyin faydaları

Elmi jurnalda dərc olunmayan yeni bir araşdırma noxud və qara lobyanın sağ

arrow Ətraflı
Dəniz Əsədova saxta əlillik işi üzrə ittiham olunur like
  • 08 Yan 21:50  
Şou-biznes Dəniz Əsədova saxta əlillik işi üzrə ittiham olunur

Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədo

arrow Ətraflı
16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı like
  • 08 Yan 21:41  
Digərləri 16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı

Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol qəzası ilə bağlı

arrow Ətraflı
"Övladlarımın həyat yoldaşını özüm seçəcəyəm" like
  • 08 Yan 21:28  
Şou-biznes "Övladlarımın həyat yoldaşını özüm seçəcəyəm"

"Uşaqlarıma indidən psixoloji təzyiq göstərirəm. Deyirəm, ailə qur

arrow Ətraflı
Rusiya “İsgəndər”lə Zelenskinin doğma şəhərini like
  • 08 Yan 21:14  
Dünya Rusiya “İsgəndər”lə Zelenskinin doğma şəhərini

Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhəri

arrow Ətraflı
Şahin Bağırov qalmaqallı idarəyə yeni rəis təyin etdi like
  • 08 Yan 21:03  
Digərləri Şahin Bağırov qalmaqallı idarəyə yeni rəis təyin etdi

Biləsuvar Gömrük İdarəsinə yeni rəis təyinatı həyata keçirilib.

arrow Ətraflı