Dəniz Əsədova saxta əlillik işi üzrə ittiham olunur
Şou-biznes 08 Yan 2026 21:50:00 107 0
Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.
Bu xəbəri də oxu: "Müğənni olduğum üçün UTANIRAM"
Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.
Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
İttihama görə, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
Dəniz Əsədova Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. (Apa)
Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol qəzası ilə bağlı
"Uşaqlarıma indidən psixoloji təzyiq göstərirəm. Deyirəm, ailə qur
Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhəri
Biləsuvar Gömrük İdarəsinə yeni rəis təyinatı həyata keçirilib.
Paytaxt bazarlarında yumurtanın qiyməti artıb. Amma maraqlısı odur ki, qiy
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ö
Natiq Şirinov: "Tələbələrim arasında nadanlar çoxdur"
Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.
İranda etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə d
"Donald Trampın ABŞ-nin 60-a yaxın beynəlxalq təşkilatda üzvlüyün�
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar ola
"Utair" aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə uç
Müğənni Xatirə İslam efirdə dediyi "Ailəmdən diqqət görmürəm&qu
Maliyyə naziri Sahil Babayevin yeni müavini vəzifəsinə Natiq Həsənov təy
Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyina
