Bakıda sahibsiz villaları göstərib 110 min aldılar
Kriminal 22 Noy 2025 16:13:00 51 0
Bakıda dələduzluq və sənədlərin saxtalaşdırılması əməlində təqsirləndirilən 2 nəfərin məhkəməsi başa çatıb.
Bu xəbəri də oxu: Gəlinini döyən qayınana cəzalandırıldı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1982-ci il təvəllüdlü Şəhriyar Mürsəlov (soyadlar şərtidir) və əvvəllər məhkum edilmiş 62 yaşlı Nizami Verdiyevə hökm oxunub.
Məhkəmə onları Cinayət Məcəlləsinin 178.3.2-ci və 320-ci (Külli miqdarda dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilib.
Araşdırmalar zamanı müəyyənləşdirilib ki, onlar Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində dövlətə məxsus olan və istifadəsiz 90 sotluq torpaq sahəsinin 8 sotunu 110 min manata satıblar. Belə ki, Şəhriyar həmin ərazidə 2 ədəd villanın sahibsiz qaldığını görərək oranı özününkü kimi təqdim etmək qərarına gəlib və Nizamiyə göstərib. Bundan sonra onlar dövlətə məxsus torpaq sahəsininin bir hissəsini dələduzluq yolu ilə Seymur adlı şəxsə satıblar və ona saxtalaşdırılmış sənəd təqdim ediblər. Nizami torpağı satarkən bildirib ki, guya 1993-cü ildə taxta-şalban işi ilə məşğul olub və torpaq sahəsi də ona şəriyindən qalıb. Saxta sənəddə guya həmin əraziyə dövlət tərəfindən uşaq bağçasının tikintisinə razılıq verilməsi və layihə eskizi əks olunub.
Bundan başqa, onlar həbsdə olan şəxsin yaxını M.Mustafayevdən onu azadlığa buraxdırmaq vədi ilə 30 min manat alıblar. Bu zaman Şəhriyar özünü nazir müavininin əmisi oğlu kimi tanıdaraq etibar qazanıb.
Məhkəmənin hökmü ilə Şəhriyara 6 il, Nizamiyə isə 6 il 9 ay həbs cəzası verilib. Məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan Nizami Verdiyev məhkəmə zalındaca qandallanıb.
Qeyd edək ki, mətbuatda daha əvvəl də Bakıxanovdakı sahibsiz qalan villalarla bağlı məlumatlar yayılıb.
Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət in
Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan &qu
"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızlar
Son vaxtlar sosial şəbəkələrdə gündəlik zeytun yağı içmək trendi gen
Səhnəyə yenidən qayıdan müğənni Samir Bağırov jurnalist Elvin Elxana a
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.
Ulu Tanrı yurdumuzdan heç nəyi əsirgəməyib. Azərbaycan adlı məmləkəti
Daha bir vətəndaş keçirdiyi plastik əməliyyata görə klinikadan və həki
Türkiyədə bir qadın ərinin onu alt qonşuları ilə xəyanət edərkən yax
Müğənni Təranə Qumral yenidən qalmaqallı açıqlaması ilə diqqət mərk
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakıda "Lake Hotel"in 4 əm
"Öz aramızda" verilişinin son buraxılışı müğənni Əbdül Xal
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik
Vahid Əziz oğlu Cəfərov "Şərəf" ordeni ilə təltif edilib.
