Bir güzgü ilə özüözünü əməliyyat edən HƏKİM
Digərləri 22 Noy 2025 17:17:00 67 0
Tibb tarixinin ən unikal və cəsarətli əməliyyatlarından biri 1961-ci ildə rus həkim Leonid Roqozov tərəfindən həyata keçirilib.
Bu xəbəri də oxu: "Ərim mənə qonşumla xəyanət etdi"
Son.az xəbər verir ki, o, elmi ekspedisiya çərçivəsində Antarktidadakı Novolazarevskiy stansiyasında işləyən yeganə həkim idi.
Bir gün onda halsızlıq, ürəkbulanma və 37,5 dərəcəni keçən qızdırma müşahidə olunub. Ardınca qarının aşağı sağ hissəsində güclü ağrı başlayan Roqozov vəziyyətin appendisit olduğunu dəqiqləşdirib. Hava şəraiti səbəbindən evakuasiya tamamilə mümkün olmadığından, o ölüm riski ilə üz-üzə qalıb: ya apandisti partlayacaqdı, ya da o, özünü əməliyyat etməli olacaqdı.
Həkim kritik qərar verib. Stansiyadakı əməkdaşların köməyi ilə əməliyyatı özü icra edib. Mühəndis güzgü və işıqlandırmanı təmin edib, meteoroloq isə alətləri ona verib. Ümumi narkoz olmadığı üçün Roqozov lokal anesteziya olaraq novokoin istifadə edib və təqribən 12 sm-lik kəsiklə əməliyyata başlayıb.
Təxminən 1 saat 45 dəqiqə davam edən əməliyyat son dərəcə çətin şəraitdə aparılıb. Roqozov zaman-zaman başgicəllənmə və zəiflik yaşasa da, qısa fasilələrlə əməliyyatı davam etdirib. O, həm apandisti götürməyi, həm də özü-özünü tikməyi bacarıb. Bir neçə gün sonra artıq tikişlərini də özü çıxarıb və normal fəaliyyətinə qayıdıb.
Bu hadisə həkim Leonid Roqozovu tibb tarixində öz-özünə uğurlu əməliyyat aparan nadir mütəxəssislərdən biri kimi yaddaşlara yazıb.
Hüseyn Son.az
Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya x�
Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində l
"Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı "Loft&
"Sənətçinin ayağını yuxarı qaldırıb, etiketinə baxırsan"
ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalını və onun aparı
Noyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, əfsan�
sosial şəbəkədə fəal paylaşım edən müğənni İbrahim Borçalının h�
Braziliyanın 2019-2022-ci illərdə dövlət başçısı olmuş Jair Bolsonaro
Bakıda dələduzluq və sənədlərin saxtalaşdırılması əməlində təqsir
Bu ilin III rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət in
Müğənni Ofelya Şabanova İTV-nin layihəsi çərçivəsində yayımlanan &qu
"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızlar
Son vaxtlar sosial şəbəkələrdə gündəlik zeytun yağı içmək trendi gen
Səhnəyə yenidən qayıdan müğənni Samir Bağırov jurnalist Elvin Elxana a
