"Şahların, prezidentlərin toyunu oxumuşam, həmin müğənnilərə baxanda ÜRƏYİM BULANIR”
Şou-biznes 22 Noy 2025 18:05:00 74 0
Əməkdar artist Bəsti Bəkirova "Öz aramızda" verilişində qonaq olaraq sənət dünyasında son zamanlar müşahidə olunan davranışlara münasibət bildirib.
Bu xəbəri də oxu: Tolikin dəbdəbəli VİLLAsından
Son.az xəbər verir ki, müğənni xüsusilə sosial şəbəkələrdə əllərində böyük miqdarda pul nümayiş etdirərək kamera qarşısında poz verən ifaçıları sərt tənqid edib.
Sənətçi belə görüntülərin həm sənət adına, həm də mədəniyyətə yaraşmadığını vurğulayıb:
"İndiki müğənnilər əllərində pulu göstərib, kameraya poz verirlər. Onlara baxanda ürəyim bulanır, iyrənc görünürlər. Qeyri-etikdir, ayıbdır. Bu, mədəniyyətsizlikdir".
Əməkdar artist öz sənət təcrübəsindən danışaraq, illər əvvəl ən bahalı məclislərdə ifa etdiyini, amma heç vaxt qazandıqları pulla lovğalanmadıqlarını qeyd edib:
"Ən bahalı toylarda oxumuşuq. Mən şahların, ölkə prezidentlərinin məclislərini idarə etmişəm. Bizə o pulları çamadanla verirdilər, amma heç vaxt göstərməmişik".
Bəsti Bəkirova həmçinin aparıcı Zaur Rzayevlə birlikdə Dağıstanın padşahının toyunda iştirak etdiyini də açıqlayıb:
"Zaurla birgə Dağıstanın padşahının toyunu oxumuşuq. Qızının məclisini idarə etmişəm. Oğlu burada səfirlik nümayəndəsi idi".
Sənətçinin fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bir çox izləyici Bəkirovanın tənqidlərini haqlı hesab ediblər.
Musa Son.az
Azərbaycanlı qazinin toy mərasimində çəkilən görüntülər sosial şəb�
Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq r
Almaniyada yerləşən nəhəng Westwall Bunkeri ilə bağlı video sosial şəb
Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yar
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu səhər sosial şəbəkə izlə
Tibb tarixinin ən unikal və cəsarətli əməliyyatlarından biri 1961-ci ild�
Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixiatriya x�
Müğənni Kəmalə Günəşlinin illər öncə toy məclislərindən birində l
"Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı "Loft&
"Sənətçinin ayağını yuxarı qaldırıb, etiketinə baxırsan"
ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalını və onun aparı
Noyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti, əfsan�
sosial şəbəkədə fəal paylaşım edən müğənni İbrahim Borçalının h�
