Şanxayda Azərbaycan musiqiçilərinin möhtəşəm konserti keçirilib FOTO
Kriminal 22 Okt 2025 21:01:00 96 0
Çin Xalq Respublikasında keçirilən 24-cü Şanxay Beynəlxalq İncəsənət Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi Bakı Dövlət Kamera Orkestrinin müşayiəti (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov), solistlər Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlının (violin) iştirakı ilə möhtəşəm konsert proqramı baş tutdu. Konsertdə Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.
Bu xəbəri də oxu: Vaqif Vəliyevin son vəziyyəti açıqlandı
Proqramda Ü.Hacıbəyli "Arazbarı", Q.Qarayev "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən iki rəqs, W.A.Motzart Divertisment D-dur (I hissə), B.Britten "Sadə simfoniya"sın dan "Sentimental sarabanda" ( III hissə), A.Vivaldi "İlin fəsilləri" silsiləsindən "Yay", J.S.Bach Brandenburq konserti N°3, G-dur, A.Piazzolla "Buenos-Ayresdə ilin fəsilləri" silsiləsindən "Yaz", F.Mendelssohn Simli simfoniya N°10, b-moll, F.Əmirov "Nizami" simfoniyası (Final), F.Bədəlbəyli "Dəniz", T.Quliyev "Qaytağı" əsərləri səsləndi. Azərbaycanlı ifaçıların çıxışı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə mötəbər beynəlxalq festivalda iştirak ölkəmizin musiqi mədəniyyətinin, ifaçılıq ənənələrinin və milli dəyərlərinin dünya miqyasında tanınması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir və təqdirəlayiq bir addımdır.
Həkim ağrıkəsicilərin nəzarətsiz qəbulu zamanı böyrəklərin ciddi zə

"Ramiz Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlə

30 oktyabr - 2 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı yenidə

OpenAI yeni süni intellektli "Atlas" brauzerini təqdim edib.

"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" in

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Azərbaycan kino

Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı,

Aktrisa Sonaxanım Əliyeva haqqında yayılan iddialara son qoyub.

21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert c�

Verilişlərin birində gözlənilməz hadisə baş verib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəx

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü Ə
