“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı Azərbaycanın mədəni həyatında parlaq bir hadisə olacaq


Kriminal 22 Okt 2025 20:01:00 61 0

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı Azərbaycanın mədəni həyatında parlaq bir hadisə olacaq

"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" incəsənət festivalı Azərbaycanın mədəni həyatında parlaq bir hadisə olacaq.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirib.

Festival 31 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək və incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm bir hadisə olacaq. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunur. Layihənin müəllifi və təşəbbüskarı isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır. Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərlə yaşayan bir səhnəyə çevirəcək. Festivalda əsas diqqət sənət dili vasitəsilə okeanlar və dənizlərdəki ekoloji vəziyyətə yönəldiləcək. Festivalın əsas mövzusu - su - həyatın, yenilənmənin və davamlı inkişafın simvolu kimi seçilib. Su, həmçinin dayanıqlığın, yenilənmənin və ümumi yaddaşın simvolu olaraq "Art Weekend" konsepsiyasının əsas elementi olacaq və beynəlxalq incəsənət dünyası ilə əhəmiyyətli dialoqun qurulmasına xidmət edəcək.

Şirin Məlikovanın sözlərinə görə, festival çərçivəsində 31 oktyabrda Azərbaycan Milli İncəsənət Muzeyində "Kəsilmiş Ümid" adlı retrospektiv sərgi açılacaq. Bu sərgi milli təsviri sənətimizin görkəmli nümayəndələrindən biri, nonkonformist rəssam Tofiq Cavadovun anadan olmasının 100 illiyinə həsr olunub. Sərgidə rəssamın 90-dan çox işi - rəsm, qrafika və kitab illüstrasiyaları nümayiş olunacaq. Onların bir qismi ictimaiyyətə ilk dəfə təqdim olunacaq. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Dövlət Rəsm Qalereyasının, "Yeni Gallery"nin və şəxsi kolleksiyaların eksponatları təqdim ediləcək. Cəmi 38 il ömür sürməsinə baxmayaraq, Tofiq Cavadov milli mədəniyyətimizdə dərin iz qoyub, onun əsərləri Azərbaycan incəsənətinin qızıl fonduna daxildir. O, zamanını qabaqlayan böyük sənətkar, sosialist realizminin çərçivələrindən kənara çıxan cəsarətli bir rəssam idi və dərin fəlsəfi düşüncələrə malik idi. Muzeyin kolleksiyasında onun əsərlərinin böyük hissəsi saxlanılır və bu yaxınlarda həmin kolleksiya rəssamın qrafika və rəsm sahəsində daha iki əsəri ilə zənginləşib. Həmin əsərlər də sərgidə nümayiş olunacaq.

Şirin Məlikova bildirib ki, muzey sənət əsərlərinin bərpasına xüsusi önəm verir və hazırda Tofiq Cavadovun Dövlət Rəsm Qalereyasına məxsus əsərləri bərpa prosesindən keçir.

O, həmçinin festivalın ümumi əhəmiyyətinə toxunaraq deyib:

"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" incəsənət festivalı Azərbaycanın mədəni həyatında əlamətdar bir hadisə olacaq. Bu, təkcə tanınmış ustadların iştirakı ilə keçiriləcək böyük bir incəsənət bayramı deyil, eyni zamanda müxtəlif məkanlarda maraqlı mühazirələr, konsert proqramları, tamaşalar və digər tədbirlər təqdim olunacaq. Festival, həmçinin bəşəriyyət üçün aktual olan ekoloji məsələyə - su ehtiyatlarına - sənət vasitəsilə diqqət çəkməyi qarşısına məqsəd qoyur".


Xəbərə aid fotolar

Vətən müharibəsi iştirakçısı vəfat etdi like
  • 22 Okt 19:29  
Digərləri Vətən müharibəsi iştirakçısı vəfat etdi

Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı,

arrow Ətraflı
Sonaxanım efirdə parikini çıxardı  "Deyirlər ki, keçəldir" like
  • 22 Okt 19:27  
Şou-biznes Sonaxanım efirdə parikini çıxardı "Deyirlər ki, keçəldir"

Aktrisa Sonaxanım Əliyeva haqqında yayılan iddialara son qoyub.

arrow Ətraflı
“Atam məni tanımır”  göz yaşları sel oldu like
  • 22 Okt 19:18  
Şou-biznes “Atam məni tanımır” göz yaşları sel oldu

Şairə Nazilə Səfərli efirdə kövrəlib.

arrow Ətraflı
Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub like
  • 22 Okt 19:08  
Siyasət Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və  Ermənistan ekspert c�

arrow Ətraflı
Müğənni canlı yayımda xanəndəyə "hücum çəkdi" like
  • 22 Okt 19:00  
Şou-biznes Müğənni canlı yayımda xanəndəyə "hücum çəkdi"

Verilişlərin birində gözlənilməz hadisə baş verib.

arrow Ətraflı
Bakı metrosunda ölüm like
  • 22 Okt 18:48  
Digərləri Bakı metrosunda ölüm

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "

arrow Ətraflı
Əlillik dərəcəsi adı ilə daha bir dələduzluq like
  • 22 Okt 18:45  
Digərləri Əlillik dərəcəsi adı ilə daha bir dələduzluq

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəx

arrow Ətraflı
Doğulanda verdiyi ada görə əmisini bıçaqladı like
  • 22 Okt 18:39  
Kriminal Doğulanda verdiyi ada görə əmisini bıçaqladı

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 1976-cı il təvəllüdlü Ə

arrow Ətraflı
Xalq artistinin vəziyyəti ağırlaşdı like
  • 22 Okt 18:26  
Şou-biznes Xalq artistinin vəziyyəti ağırlaşdı

Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər s�

arrow Ətraflı
Vaqif Vəliyevin son vəziyyəti açıqlandı like
  • 22 Okt 18:25  
Kriminal Vaqif Vəliyevin son vəziyyəti açıqlandı

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Va

arrow Ətraflı
Bakıda məşhur iş adamı həbs edildi – Milyonları büdcədən yayındırıb… like
  • 22 Okt 18:16  
Digərləri Bakıda məşhur iş adamı həbs edildi – Milyonları büdcədən yayındırıb…

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri hə

arrow Ətraflı