Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər
Digərləri 21 Okt 2025 11:44:00 84 0
Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərqlər mövcuddur.
Bu xəbəri də oxu: "Green Card" üçün qeydiyyat niyə gecikir? RƏSMİ CAVAB
Yeniavaz.com ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda kirayəyə verilən ən ucuz 1 otaqlı mənzillərdən biri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsindədir.
Cəmi 40 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 250 manat təşkil edir. Köhnə tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəli şəxslərə kirayəyə verilir.
Bakıda kirayə verilən ən bahalı 1 otaqlı mənzil isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 7 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 50 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 7 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır. 2 otaqlı mənzillər arasında da kirayə qiymətlərində fərqlər müşahidə olunur.
Ən ucuz 2 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 6 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 60 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 350 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəyə verilir.
Ən bahalı 2 otaqlı mənzil isə yenə də Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindədir. Cəmi 75 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

Bakıda sərnişin avtobusu qəza törədib.

Binəqədi rayonu Karl Maks adlanan ərazidə yol kənarı yaşıllıq ərazinin

İstanbul Respublika Baş Prokurorluğunun "Can Holdinq" və "Cin

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzind

Müdafiə sənayesi üzrə sabiq nazir Yavər Camalovun ailəsində ağır itki

Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxm

XXI əsrin üçüncü onilliyinə qədəm qoyan Avropa İttifaqı dərin sistem

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlha

"Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son

"Apple" keçən ay iOS 26 yeniləməsinin buraxılmasından sonra ink

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanes

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezid

Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobu
