AXA 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib FOTO
Digərləri 21 Okt 2025 10:36:00 75 0
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi toxum, ting və digər əkin materiallarının sertifikatlaşdırılma xidmətlərinin həyata keçirilməsi üçün AZS ISO/ IEC17065:2021 "Uyğunluğun qiymətlənədirilməsi - məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşmasını aparan orqanlara dair tələblər" standartına uyğun akkreditasiya olunub.
Bu xəbəri də oxu: Sabah bu ərazilərə qar yağacaq
Bu barədə İqtisadiyyat.az-a Aqrar Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, mərkəz bütün kənd təsərrüfatı bitkiləri üzrə ümumilikdə 30 dan çox standart üzrə uyğunluq sertifikatı vermək hüququ əldə edib.
Bu sertifikatlaşdırma prosesi uyğunluğu təsdiqləyərək, yerli istehsalçıların məhsul keyfiyyətinə etibarını artırır, daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Kənd təsərrüfatı məhsullarının mənşəyi, keyfiyyəti və təhlükəsizliyinin təmin olunmasına, həmçinin aqrar sahədə xidmətlərin etibarlı və şəffaf qiymətləndirmə mexanizmlərinin tətbiqini təmin edir. Bu nailiyyət ölkəmizdə toxumçuluq və bitki istehsalında keyfiyyətə nəzarətin gücləndirilməsi, beynəlxalq tanınan standartların tətbiqi və aqrar sahədə idarəetmə mexanizmlərinin genişlənməsi baxımından mühüm addım hesab olunur.
Qeyd edək ki, ISO/IEC 17065 - məhsul sertifikatlaşdırması aparan qurumlara tətbiq olunan bazal beynəlxalq standartdır və uyğunluğun qiymətləndirilməsində yüksək etimad səviyyəsini təmin edir. Bu standartın tətbiqi toxumların keyfiyyət göstəricilərinə, sort təmizliyinə, cücərmə qabiliyyətinə, nəmliyinə, xəstəliklərə davamlılıq və fitosanitar təhlükəsizlik tələblərinə uyğunluğunu elmi əsaslarla təsdiq etməyə imkan verir.
Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlha

"Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son

"Apple" keçən ay iOS 26 yeniləməsinin buraxılmasından sonra ink

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanes

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezid

Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobu

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaş

Qəza Boss kimi tanınan reper Rəşadət Əliyev vəfat edib.

Tərtərdə kişi keçmiş həyat yoldaşını döyüb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Zürix Federal Texnologiya İnstitutunda aparılan yeni elmi tədqiqat, dərin n

Oktyabrın 20-dən 26-a kimi həftəlik ulduz falı üç bürc üçün dönüş

Mütəxəssislər bəzi dərmanların qəbul edildiyi müddətdə qəhvə içmə

Havaların dəyişməsi ilə birlikdə qrip virusuna yoluxma halları artmağa b
