Bakıda qırmızı işıqda yolu keçən skuter sürücüsünü belə vurdular
Digərləri 21 Okt 2025 10:54:00 58 0
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzində baş vermiş yol qəzasının görüntülərini yayıb.
Bu xəbəri də oxu: "iPhone"lara yeni funksiyalar gələcək Bu tətbiqlərdə...
Son.az xəbər verir ki, Mərkəzin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin ehtimala görə, qəza skuter sürən şəxsin işıqforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu hadisə baş verməyəcəkdi.
"Yadda saxlamaq lazımdır ki, işıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalıdırlar", deyə NİİM-in müraciətində deyilir.
Müdafiə sənayesi üzrə sabiq nazir Yavər Camalovun ailəsində ağır itki

Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxm

XXI əsrin üçüncü onilliyinə qədəm qoyan Avropa İttifaqı dərin sistem

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlha

"Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son

"Apple" keçən ay iOS 26 yeniləməsinin buraxılmasından sonra ink

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanes

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezid

Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobu

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaş

Qəza Boss kimi tanınan reper Rəşadət Əliyev vəfat edib.

Tərtərdə kişi keçmiş həyat yoldaşını döyüb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
