Ermənistan vətəndaşları məhkəmədə Paşinyanla bağlı tələb irəli sürdülər


Siyasət 22 Sen 2025 18:03:00 50 0

Ermənistan vətəndaşları məhkəmədə Paşinyanla bağlı tələb irəli sürdülər

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təqsirləndirilən David Manukyan söz alaraq Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur - red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan "ATƏT-in Minsk qrupunun həmsədrləri"nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.

"O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar", - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovu burada şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

"Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15 nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz", - deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.

Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb.

Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib.

Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Son.az 


Xəbərə aid fotolar

“Apple" tarixinin ən bahalı "iPhone"u gəlir  Bu tarixdə... like
  • 22 Sen 18:00  
Digərləri “Apple" tarixinin ən bahalı "iPhone"u gəlir Bu tarixdə...

"Apple" 2026-cı ildə satışa çıxaracağı qatlana bilən "i

arrow Ətraflı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada beynəlxalq sərgidə like
  • 22 Sen 17:58  
Digərləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada beynəlxalq sərgidə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüzi

arrow Ətraflı
NASA yeni qara dəlik kəşf etdi   920 milyon il sonra ... like
  • 22 Sen 17:51  
Dünya NASA yeni qara dəlik kəşf etdi 920 milyon il sonra ...

NASA-nın Çandra X-şüaları Rəsədxanası kosmosda yeni bir superkütləli q

arrow Ətraflı
Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə  Bu tarixdən qaydalar dəyişir like
  • 22 Sen 17:47  
Digərləri Sərnişin avtobuslarından istifadə edənlərin nəzərinə Bu tarixdən qaydalar dəyişir

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənil

arrow Ətraflı
Bakı aeroportunda insanlar təxliyə olunur?  RƏSMİ AÇIQLAMA like
  • 22 Sen 17:46  
Digərləri Bakı aeroportunda insanlar təxliyə olunur? RƏSMİ AÇIQLAMA

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata ke�

arrow Ətraflı
Məşhur jurnalist təyyarə qəzasında öldü  FOTO like
  • 22 Sen 17:43  
Şou-biznes Məşhur jurnalist təyyarə qəzasında öldü FOTO

43 yaşlı televiziya aparıcısı Debora Estrella təyyarə qəzasında həlak

arrow Ətraflı
Ucuz tur axtararkən fırıldaqçılardan necə qorunaq?  Mütəxəssisdən AÇIQLAMA like
  • 22 Sen 17:40  
Digərləri Ucuz tur axtararkən fırıldaqçılardan necə qorunaq? Mütəxəssisdən AÇIQLAMA

Yay mövsümünün sonu, payız turlarının başlanması və xaricə səyahətl

arrow Ətraflı
Sabah 2500dən çox abonentin qazı kəsiləcək like
  • 22 Sen 17:35  
Digərləri Sabah 2500dən çox abonentin qazı kəsiləcək

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı

arrow Ətraflı
“Gecə saat 3də ərimi niyə yığırsan?“ like
  • 22 Sen 17:30  
Şou-biznes “Gecə saat 3də ərimi niyə yığırsan?“

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
“Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” like
  • 22 Sen 17:00  
Digərləri “Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik”

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilm

arrow Ətraflı
Böyükşor gölünün ətrafı ilə bağlı  5 milyard dollarlıq müqavilə like
  • 22 Sen 16:40  
Digərləri Böyükşor gölünün ətrafı ilə bağlı 5 milyard dollarlıq müqavilə

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun

arrow Ətraflı
İlk dəfə atası ilə anasının boşanmasından danışdı like
  • 22 Sen 16:30  
Şou-biznes İlk dəfə atası ilə anasının boşanmasından danışdı

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq like
  • 22 Sen 16:25  
Digərləri Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin bazarlarda fəaliyyətinə qadağa qoyulacaq like
  • 22 Sen 16:20  
Digərləri Azərbaycanda bu şəxslərin bazarlarda fəaliyyətinə qadağa qoyulacaq

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərm

arrow Ətraflı