Böyükşor gölünün ətrafı ilə bağlı 5 milyard dollarlıq müqavilə
Digərləri 22 Sen 2025 16:40:00 63 0
Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu xəbəri də oxu: Lerikə qar yağdı
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon Holding"in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.
5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
Daha sonra Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb:
Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.
Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar.
Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərm

Londonda yaşayan 34 yaşlı Melissa Clayton Barbadosda istirahət edərkən ba�

"Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrast

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəst�

Hazırda vətəndaş avtobuslar üçün standart 50 qəpik ödəniş edir. Uzaq

"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti

"Rossiya Seqodnya" və RT beynəlxalq media qrupunun baş redaktoru Ma

Bakı şəhərində sıxlıq olmayan ərazilərdə avtobus zolaqlarının çəki

Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə mürac

Qətər Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etmək üçün �

"Taksilərin qiyməti tənzimlənən qiymətlər deyil. Taksilərin qiymət

Dünyaca məşhur aktyor Tom Holland cümə günü İngiltərədəki "Leave

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin MBA (Master of Busin
