DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada beynəlxalq sərgidə
Digərləri 22 Sen 2025 17:58:00 50 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə Yaponiyada keçirilən "Osaka, Kansai, Ekspo 2025" Ümumdünya sərgisində təmsil olunub.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə İnklüziv mərkəzin üzvlərinin sərgidə iştirakı Azərbaycanın zəngin mədəni irsini və inklüziv dəyərlərini dünyaya tanıtmaq məqsədi daşıyıb.
Mərkəz heyəti "Hər kəs üçün harmoniya" adlı iki günlük proqramla beynəlxalq tədbirdə iştirak edərək konsert proqramı, dulusçuluq istiqaməti üzrə master-klas və əl işlərindən ibarət sərgi nümayiş etdirib.
Tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti və filialları barədə ziyarətçilərə məlumat verilib.
Mərkəzin həssas qruplardan olan benefisiarları və təlimçilərinin iştirakı ilə təqdim olunan konsert proqramı tamaşaçılarda Azərbaycan musiqisinin zənginliyi barədə xoş təəssüratlar yaradıb. 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar repertuarda vətənpərvərlik mövzusu üstünlük təşkil edib.
Həmçinin, Azərbaycan pavilyonunda Mərkəzin təlimçisi Cahan Namazovanın bələdçiliyi ilə dulusçuluq üzrə master-klas təşkil olunub. Tədbir iştirakçıları ölkəmizin qədim sənət ənənələri, milli rəmzləri və benefisiarların hazırladıqları əl işləri ilə yaxından tanış olublar.
Mərkəzin "Ekspo 2025"də iştirakı sərginin builki "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" mövzusu çərçivəsində Azərbaycanın mədəni müxtəlifliyinin və inklüziv cəmiyyət quruculuğu sahəsindəki töhfələrinin təbliği baxımından əhəmiyyətli olub.
Mərkəz tərəfindən həssas kateqoriyalara aid ümumilikdə 800 nəfərdən çox istedadlı şəxsin yaradıcılıq potensialının inkişafına dəstək göstərildiyi sərgi iştirakçılarının diqqətinə çatdırılıb, onlara məlumat kitabçaları paylanılıb. Son.az
NASA-nın Çandra X-şüaları Rəsədxanası kosmosda yeni bir superkütləli q

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənil

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata ke�

43 yaşlı televiziya aparıcısı Debora Estrella təyyarə qəzasında həlak

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması ilə diqqət çəkib.

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilm

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərm

Londonda yaşayan 34 yaşlı Melissa Clayton Barbadosda istirahət edərkən ba�

"Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrast

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəst�

Hazırda vətəndaş avtobuslar üçün standart 50 qəpik ödəniş edir. Uzaq
