Prezident Bakıda qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib FOTO
Siyasət 12 İyn 2025 14:02:00 88 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Nobel Food İndustry" MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.
Bu xəbəri də oxu: Muxtar Babayevə xüsusi status verildi
Son.az AZƏRTAC-a istinadla xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.
"Azərsun Holdinq"ə məxsus "Qafqaz" konserv zavodu və "Shervan" MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.
Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar "Made in Azerbaijan" brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.
Xanəndə Kəmalə Nəsibova açıqlaması ilə marağa səbəb olub.

Artıq yay öz istisini göstərir. Havaların isinməsi ilə bir çox insanın

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində hava limanının

Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli "Vətənə xidmətə gör�

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim "Vətəndaş Mü

Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmed: Fetihlər Su

Baki şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai r

Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-də

Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsi böyü

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olac

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili
