Paşinyandan kilsə rəhbərliyinə qarşı sərt addımlar
Dünya 12 İyn 2025 13:19:00 82 0
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvlərinə Erməni Apostol Kilsəsinə qarşı təzyiqlərin artırılması ilə bağlı göstəriş verib.
Son.az xəbər verir ki, məlumata görə, sözügedən təzyiqlər din xadimləri barədə kompromat xarakterli məlumatların ictimaiyyətə təqdim olunmasını, kilsə nümayəndələrinin gündəlik şəkildə nüfuzdan salınması məqsədilə tədbirlərin həyata keçirilməsini və digər oxşar addımları əhatə edir.
Qəzet yazır ki, hökumət eyni zamanda hazırkı katolikos II Qareginə qarşı kilsə daxilində koalisiya yaratmağa və onun vəzifədən uzaqlaşdırılması üçün şərait formalaşdırmağa çalışır.
Xatırladaq ki, Nikol Paşinyan mayın 29-da keçirilən hökumət iclasında Erməni Apostol Kilsəsini tənqid edərək bəzi kilsələrin fiziki vəziyyətinin qənaətbəxş olmadığını bildirib. Baş nazir bəzi ibadət məkanlarında sement torbalarının və paslanmış dəmir parçalarının saxlandığını qeyd edib. Bu açıqlamalar din xadimlərinin etirazına səbəb olub.
Bundan sonra Paşinyan sosial media hesabında bir sıra paylaşım edərək bəzi din xadimlərini dini qaydaları pozmaqda, o cümlədən arxiyepiskoplardan birini yaxın qohumuna qarşı etik qaydalara zidd davranışda ittiham edib. O, daha sonra katolikosu subaylıq andını pozmaqda günahlandırıb.
Hadisələr cəmiyyətdə geniş rezonansa səbəb olub. Ermənistanın Etik Məsələlərə Nəzarət və Korrupsiya ilə Mübarizə Komissiyası Paşinyanın bu paylaşımlarına dair araşdırma başladığını açıqlayıb.
Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmed: Fetihlər Su

Baki şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai r

Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-də

Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsi böyü

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olac

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili

İyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

İyun ayının 1-də Quba rayonunun 23 yaşlı sakini Samir Rüstəmov şəhər

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edil

İrəvanın düz mərkəzində, özü də Ermənistan rəhbərliyinin "Azə

Siqaret çəkməkdən söhbət düşəndə, insanların böyük əksəriyyətini

Məşhur prodüser Anar Mədətov qalmaqallı açıqlaması ilə diqqət çəki
