Dondurma sevənlərə XƏBƏRDARLIQ Ekspert HƏYƏCAN TƏBİLİ ÇALIR
Digərləri 12 İyn 2025 13:28:00 107 0
Artıq yay öz istisini göstərir. Havaların isinməsi ilə bir çox insanın ən çox təlabat göstərdiyi məhsullardan biri də dondurmadır. Amma görünüşcə günün qurtarıcısı olan bu məhsul, əgər düzgün şəraitdə saxlanılmır və doğru seçilmirsə, sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər.
Bu xəbəri də oxu: Bakıda uşağın VİDEOsu yayıldı Yayanın kimliyi şoka salır
Bəs dondurma alarkən nələrə diqqət etməliyik?
Son.az xəbər verir ki, məsələ ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, ilk növbədə məhsulun istehsal və son istifadə tarixinə diqqət edilməlidir. Tarixi keçmiş və ya son istifadə tarixinə az qalmış dondurmalar mikrobioloji risk daşıya bilər:
"Dondurmalar -18°C temperaturda saxlanmalıdır. Əgər məhsulun üzərində don açılıb yenidən donubsa, bu, dondurmanın təkrar dondurulduğunu göstərir və zəhərlənmə riski artır. Qablaşdırmanın forması dəyişmişsə və ya içərisində buz kristalları varsa, bu artıq təhlükə siqnalıdır. Xüsusilə qeydiyyatsız köşklərdə, günəş altında saxlanan dondurmalardan uzaq durmaq məsləhətdir. Belə məhsullar nəzarətsiz şəraitdə saxlanıldığı üçün tərkibindəki süd məhsulları sürətlə xarab ola bilər.
Tanınmış və etibarlı markaların məhsullarına üstünlük vermək, riskləri azaldır. Qablaşdırma üzərində AZS standartı və ya müvafiq sertifikatların olması məhsulun daha təhlükəsiz olduğunu göstərir.
Əgər sizdə və ya övladınızda laktaza çatışmazlığı, fındıq və ya yumurta allergiyası varsa, dondurmanın tərkibində bu maddələrin olub-olmadığını mütləq yoxlamalısız".
Qeyd edək ki, dondurma yay günlərinin ən dadlı sevincidir. Amma bu sevincin sağlamlıq problemiylə nəticələnməməsi üçün bir neçə dəqiqəlik diqqət, sizi çoxsaylı narahatlıqlardan qoruya bilər.
Aysel Əkbər Son.az
Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində hava limanının

Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli "Vətənə xidmətə gör�

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim "Vətəndaş Mü

Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmed: Fetihlər Su

Baki şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai r

Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-də

Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsi böyü

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olac

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili

İyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

İyun ayının 1-də Quba rayonunun 23 yaşlı sakini Samir Rüstəmov şəhər

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edil
