Azərbaycanda 4 nəfərlik ailə bu qədər pulla dolana bilər
Digərləri 16 May 2025 19:00:00 50 0
Ötən ilin yekun nəticələri ilə müqayisə bu ilin 4 ayı ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 58,20 manat və ya 13 faiz az mal,o cümlədən 26,40 manatlıq və ya 11 faiz az ərzaq,31,8 manatlıq və ya 16 faiz az qeyri-ərzaq malları alınıb. Uzun illərdir ki, Azərbaycanda əhalinin xərclərində ərzağın payı bütün xərclərin yarısı ətrafında olmaqla, çox yüksək olmaqda davam edir.
Bu xəbəri də oxu: Hamı bu VİDEOdan danışır: Məsciddə körpəyə parti keçirilib?
Son.az xəbər verir ki, bu fikirləri millət vəkili Əli Məsimli bildirib.
Əli Məsimlinin sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin xərclərinin əksər hissəsi ərzağa sərf olunur. İnkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı 8-10 faiz, bəzi ölkələrdə bundan bir qədər yüksəkdir. Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir. Əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, orta və uzunmüddətli alıcılıq, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur.
O qeyd edib ki, Azərbaycanda 2021-ci ilin ilk aylarında 4 nəfərdən ibarət orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, o cümlədən ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi. 2023-cü ilin əvvəllərinə bu cür orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib:
"2025-ci ilin ilk aylarında isə 4 nəfərdən ibarət orta ölçülü ailənin ticarət xərcləri 1800 manat, ərzaq xərcləri 1010 manat, qeyri-ərzaq xərcləri 790 manat olub. Son illər ailələrin ticarət xərclərində 600 manat (1,5 dəfə), o cümlədən ərzaqda 368 manat (1,6 dəfə) qeyri-ərzaqda 224 manat (1,4 dəfə) artım baş verib. Xərclərin sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin yüksəlməsi deyil, inflyasiyadan qaynaqlanır. İnflyasiya ötən il bir qədər səngisə də, bu ildən yenidən aybaay sürətlənib.
Rəsmi statistikaya görə, 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6 faiz təşkil edib.
Millət vəkili bildirib ki, inflyaiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır:
"Xüsusən də əhalinin aztəminatlı təbqəsinin güzəranına çox ciddi zərbə vurur. Ona görə də islahatları genişləndirməklə bir tərəfdən, yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması istiqamətində real nəticəsi olan işlərin dairəsi genişləndirilməlidir. Digər tərəfdən isə əmək haqqı və digər ödənişlər artanda onun inflasiyanın yeminə çevrilməsinin qarşını almaq üçün Rəqabət Məcəlləsi işə salınmalıdır.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları,geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb. Rəsmi statistika məlumatlarına görə, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb. Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı

Bir neçə gün əvvəl, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində avt

Ceyms Bond filminin ulduzu Co Don Beyker 89 yaşında vəfat edib.

Bəzi insanlar həyatda bir az daha şanslı olurlar. Onların qarşısına für

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə

Əməkdar artist Nigar Şabanovanın açıqlaması marağa səbəb olub.

Türkiyədə məsciddə qeydə yeni alınan görüntü müzakirə mövzusu olub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına �

Günəş, Yupiter və Veneranın təsiri ilə bəzi bürclər sərmayələr, mir

Ukrayna-Rusiya müharibəsinə son qoymaq məqsədilə İstanbulda keçirilən y

Ermənistan-Gürcüstan sərhədində 2,3 bal gücündə zəlzələ baş verib.

İtaliyanın baş naziri Giorgia Meloni Avropanın Tiran şəhərindəki "S

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-də ukraynalı həmkarı

Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imt

Yeni araşdırmaya görə, AB qan qrupu olan insanların "Alzheimer" x
