İmtahan nəticələri açıqlandı


Digərləri 16 May 2025 16:36:05 64 0

İmtahan nəticələri açıqlandı

Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub.

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, məlum olduğu kimi, 2025-ci il 4 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

"İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 27337 nəfərdən 433 nəfər imtahana gəlməyib.

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan "qeyri-məqbul" alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

Bu qan qrupundan olanlara XƏBƏRDARLIQ like
  • 16 May 16:30  
Digərləri Bu qan qrupundan olanlara XƏBƏRDARLIQ

Yeni araşdırmaya görə, AB qan qrupu olan insanların "Alzheimer" x

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın PROQNOZU like
  • 16 May 16:20  
Digərləri Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 17-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Makron sülh müqaviləsindən danışdı like
  • 16 May 16:09  
Siyasət Makron sülh müqaviləsindən danışdı

Fransa sülhün əldə olunması və sülh müqaviləsinin bağlanması üçün

arrow Ətraflı
Hakan Fidan: “Bu fürsəti dəyərləndirməliyik” like
  • 16 May 16:05  
Digərləri Hakan Fidan: “Bu fürsəti dəyərləndirməliyik”

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya və Ukrayna a

arrow Ətraflı
Kirayə qalanlara ŞAD XƏBƏR like
  • 16 May 16:05  
Digərləri Kirayə qalanlara ŞAD XƏBƏR

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexani

arrow Ətraflı
Elgünün yaralı halda tapıldığı yerdən görüntülər like
  • 16 May 15:52  
Digərləri Elgünün yaralı halda tapıldığı yerdən görüntülər

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18

arrow Ətraflı
Baş nazirin idman ayaqqabısı diqqət çəkdi  Ərdoğandan reaksiya  FOTO like
  • 16 May 15:40  
Dünya Baş nazirin idman ayaqqabısı diqqət çəkdi Ərdoğandan reaksiya FOTO

Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantıs

arrow Ətraflı
Koronavirusun yeni dalğası yayıldı – Bir həftədə 25 min yoluxma... like
  • 16 May 15:22  
Digərləri Koronavirusun yeni dalğası yayıldı – Bir həftədə 25 min yoluxma...

Asiyanın sıx məskunlaşan şəhərləri olan Honq-Konq və Sinqapurda Covid-1

arrow Ətraflı
Xalq artisti: "Məni övladlığa vermişdilər, ataanamdan doğmalıq görmədim" like
  • 16 May 15:11  
Şou-biznes Xalq artisti: "Məni övladlığa vermişdilər, ataanamdan doğmalıq görmədim"

Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Yollardakı yeni kameralar sürücüləri çaşdırdı like
  • 16 May 14:55  
Digərləri Yollardakı yeni kameralar sürücüləri çaşdırdı

Sosial şəbəkələrdə yollarda videokameralar quraşdırılması sürücül�

arrow Ətraflı
Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü  VİDEO like
  • 16 May 14:49  
Siyasət Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü VİDEO

Albaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplant

arrow Ətraflı
İlham Əliyevin Albaniyada Maya Sandu ilə görüşü olub like
  • 16 May 14:46  
Siyasət İlham Əliyevin Albaniyada Maya Sandu ilə görüşü olub

Prezident İlham Əliyev Albaniyada "Avropa Siyasi Birliyi"nin 6-cı Z

arrow Ətraflı
Plastik cərahiyyə məsələsi tam həllini tapdı  RƏSMİ like
  • 16 May 14:44  
Digərləri Plastik cərahiyyə məsələsi tam həllini tapdı RƏSMİ

Plastik cərahiyyə məsələsi tam həllini tapıb. Bu məsələyə bir də qay

arrow Ətraflı