İranAzərbaycanGürcüstan tranzit dəhlizi: Üç ölkənin iqtisadiyyatına necə təsir edə bilər?


Digərləri 16 May 2025 00:39:00 62 0

İranAzərbaycanGürcüstan tranzit dəhlizi: Üç ölkənin iqtisadiyyatına necə təsir edə bilər?

Bir müddət əvvəl İranın ölkənin yol və şəhərsalma nazirinin müşaviri Əmin Tərəffo TRACECA çərçivəsində İran-Gürcüstan-Azərbaycan tranzit dəhlizinin yaradılmasını təklif edib.

Bu dəhliz üç ölkə arasındakı iqtisadi münasibətlərə necə təsir edə bilər?

Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, TRACECA-nın genişləndirilməsi bütövlükdə region yüklərinin daşınmasının həcminin artırılması baxımından vacibdir:

"Nəzərə alsaq ki, Azərbaycanın inkişaf etmiş infrastrukturu həm orta dəhlizin imkanlarının artırılmasına həm də Gürcüstan və Azərbaycan tranzit dəhlizinin TRACECA vasitəsilə genişləndirilməsinə şərait yaradır. Bu regionun, o cümlədən Azərbaycan və Gürcüstanın, eləcə də İranın beynəlxalq yük daşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq. Digər tərəfdən bunun ən vacib üstünlüklərindən biri də ondan ibarətdir ki, region üçün öz istehsal etdikləri məhsulları ixrac imkanı deməkdir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Gürcüstan üçün daha çox ixrac prioritet məsələlərdəndir:

"Azərbaycan qeyri-neft ixracatını genişləndirmək istəyir. Bu konteksdən yeni bir dəhlizin formalaşması həm də regionda ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq. Artıq Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığı var. Bu əməkdaşlığa İranın da qoşulması region ölkələrinin strateji əməkdaşlığının daha çox region ölkələrini əhatə etməsinə gətirib çıxara bilər. Ona görə də həm regiondakı əməkdaşlığın gücləndirilməsi, həm də region üzərindən yüklərin daşınması, eyni zamanda regionun geosiyasi əhəmiyyətinin artırılması baxımından bu vacib dəhliz hesab olunur".

Siyasi şərhçi Əziz Əlibəyli isə Trend-ə qeyd edib ki, bu təklifin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra gündəmə gəlməsini unutmaq lazım deyil:

"Həm də unutmaq lazım deyil ki, İranda Ermənistanın sifarişləri ilə danışan kifayət qədər siyasətçi var. Xüsusən də Zəngəzur dəhlizi üzərində müzakirələr ərəfəsində bu təklif yaxşı bir cavab kimi səsləndirildi. Azərbaycan həm də paralel şəkildə Zəngəzur üzərində təzyiqi artırıb. Ermənistandan keçən yola paralel İran ərazisindən başqa bir yol çəkməsi də Ermənistana ciddi bir zərbə oldu".

Ə.Əlibəylinin sözlərinə görə, Ermənistana ən böyük zərbə TRACECA çərçivəsində Azərbaycan ərazisindən keçməklə Avropaya çıxış imkanının səsləndirilməsi oldu:

"Bu dəhliz Azərbaycan-İran-Gürcüstan münasibətləri üçün unikal bir imkandır. Məncə bu Ermənistanın bölgədə ciddi şəkildə təklənməsinə, zərər çəkməsinə gətirib çıxaracaq. Bizim üçün isə iqtisadi imkanlar kimi yüksək dərəcədə potensial üstünlüklər vəd edir".

Melaniya Trampın heykəli oğurlandı like
  • 16 May 00:20  
Dünya Melaniya Trampın heykəli oğurlandı

ABŞ-ın birinci xanımı Melaniya Trampın doğma vətənində-Sloveniyada  ə

arrow Ətraflı
Günün qoroskopu: Qorxduğun həqiqət üzə çıxacaq like
  • 16 May 00:01  
Digərləri Günün qoroskopu: Qorxduğun həqiqət üzə çıxacaq

Son.az 16 may 2025-ci il üçün bürc proqnozunu təqdim edir:

arrow Ətraflı
Günü necə planlaşdıraq? like
  • 15 May 23:41  
Digərləri Günü necə planlaşdıraq?

Günü səmərəli planlaşdırmaq həm məhsuldarlığı artırır, həm də st

arrow Ətraflı
Tələbə faciəvi şəkildə öldü like
  • 15 May 23:28  
Digərləri Tələbə faciəvi şəkildə öldü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tə

arrow Ətraflı
Yatmazdan əvvəl qəbul edin: Yuxuda əzələ "çıxardacaqsınız" like
  • 15 May 23:16  
Digərləri Yatmazdan əvvəl qəbul edin: Yuxuda əzələ "çıxardacaqsınız"

Yatmazdan əvvəl qəbul edilən zülal sayəsində yatarkən əzələ inkişaf�

arrow Ətraflı
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? like
  • 15 May 23:00  
Digərləri 6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək?

6 il əvvəl yanan "Diqlas"ın yerində yeni ticarət mərkəzi tikil�

arrow Ətraflı
"Yiyəsiz qəbirstanlığa oxşayır, gedəndə ürəyim xarab olur" like
  • 15 May 22:39  
Şou-biznes "Yiyəsiz qəbirstanlığa oxşayır, gedəndə ürəyim xarab olur"

Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı aç

arrow Ətraflı
Vüsal Məmmədov vəzifəsindən azad edildi like
  • 15 May 22:19  
Digərləri Vüsal Məmmədov vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliy

arrow Ətraflı
Səfərbərlik Xidmətinin avtobusu qəza törətdi  yaralılar var like
  • 15 May 21:39  
Digərləri Səfərbərlik Xidmətinin avtobusu qəza törətdi yaralılar var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət

arrow Ətraflı
Məhkəmədə şahidlər yenidən ifadə verdi like
  • 15 May 21:35  
Siyasət Məhkəmədə şahidlər yenidən ifadə verdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Bakıda məktəbdən uşaq oğurlanıb?  sakinlər danışdı: "Hicablı kişi..." like
  • 15 May 21:20  
Digərləri Bakıda məktəbdən uşaq oğurlanıb? sakinlər danışdı: "Hicablı kişi..."

Bakının Qaradağ rayonu, "Qobu park" yaşayış massivində yerləş

arrow Ətraflı
“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib like
  • 15 May 20:44  
Siyasət “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin I

arrow Ətraflı
"Uşaqların ölümündən sən günahkarsan"  Bill Qeytsdən Maska like
  • 15 May 20:32  
Dünya "Uşaqların ölümündən sən günahkarsan" Bill Qeytsdən Maska

Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə el

arrow Ətraflı
Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının cinayət əməlləri açıqlandı like
  • 15 May 20:14  
Kriminal Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının cinayət əməlləri açıqlandı

Azərbaycanın 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəllə

arrow Ətraflı