“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib


Siyasət 15 May 2025 20:44:00 61 0

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib

Mayın 15-də Heydər Əliyev Mərkəzində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Zəkaların mübarizəsi" olimpiadasının final mərhələsi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiadanın final mərhələsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Bu mərhələ bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutub.

Əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Final mərhələsinin rəsmi açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev qeyd edib ki, Fondun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir. Fond təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində - hətta ən ucqar kəndlərində belə - yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir. Bu layihələrin başlıca məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir.

Bildirilib ki, sözügedən tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi məqsədilə bir çox layihələrin həyata keçirildiyini, bu olimpiadanın da həmin təşəbbüslərdən biri olduğunu deyib. Fuad Qarayev olimpiadanın təşkilində əsas məqsədin gənc nəsildə strateji düşünmə, düzgün qərar vermə və liderlik bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

Fuad Qarayev finalda iştirak edən şagirdlərin müxtəlif regionları təmsil etdiyini vurğulayaraq bu yarışın həm bilik, həm də zəka üzərində qurulmuş bir mübarizə olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbir həm də milli və mənəvi dəyərlərin təşviqinə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə xidmət edir.

Çıxışlardan sonra yarışlara start verilib.

Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları və Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonlarının komandaları, şahmat turniri üzrə isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonlarından, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala və Tovuz rayonlarından olan komandalar mübarizə aparıb.

Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub. Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar.

Şahmat turniri üzrə isə 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan Muxtar Respublikasından 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, yaxın günlərdə qaliblər mükafatlandırılacaq.

Sözügedən olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onların arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir. Son.az

"Uşaqların ölümündən sən günahkarsan"  Bill Qeytsdən Maska like
  • 15 May 20:32  
Dünya "Uşaqların ölümündən sən günahkarsan" Bill Qeytsdən Maska

Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə el

arrow Ətraflı
Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının cinayət əməlləri açıqlandı like
  • 15 May 20:14  
Kriminal Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının cinayət əməlləri açıqlandı

Azərbaycanın 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəllə

arrow Ətraflı
Məhkəmə: Qubadlı və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub like
  • 15 May 19:44  
Siyasət Məhkəmə: Qubadlı və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qu

arrow Ətraflı
Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur” like
  • 15 May 19:23  
Dünya Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur”

Dünyanın diqqəti Rusiyayla Ukrayna arasında baş tutması planlaşdırılan

arrow Ətraflı
Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər like
  • 15 May 18:45  
Digərləri Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatol

arrow Ətraflı
İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib like
  • 15 May 18:43  
Siyasət İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya R

arrow Ətraflı
"Telegram"da YENİLİK like
  • 15 May 18:39  
Digərləri "Telegram"da YENİLİK

"Telegram" mesencerindəki reklam platforması "Telegram Ads"

arrow Ətraflı
Dənizdə boğulduğu deyilirdi, polis sağ tapdı like
  • 15 May 18:25  
Digərləri Dənizdə boğulduğu deyilirdi, polis sağ tapdı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan

arrow Ətraflı
Xalq artisti, həkimcərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib  FOTO like
  • 15 May 18:00  
Kriminal Xalq artisti, həkimcərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərra

arrow Ətraflı
"ChatGPT"nin yeni modeli istifadəyə verildi  Bunlar mümkün olacaq like
  • 15 May 17:57  
Digərləri "ChatGPT"nin yeni modeli istifadəyə verildi Bunlar mümkün olacaq

"ChatGPT"nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli

arrow Ətraflı
"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb" like
  • 15 May 17:43  
Dünya "Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb"

"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb". 

arrow Ətraflı
Peyğəmbərə məktub yazdılar like
  • 15 May 17:34  
Digərləri Peyğəmbərə məktub yazdılar

İnsanlar bəzən ümidlərini göyə deyil, suyun dərinliklərinə yazırlar.

arrow Ətraflı
Azərbaycanda bu məhsulun satışı qadağan edildi like
  • 15 May 17:25  
Digərləri Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasit�

arrow Ətraflı
Barokko Musiqisi Axşamı baş tutub  FOTO like
  • 15 May 17:23  
Kriminal Barokko Musiqisi Axşamı baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı