Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
Digərləri 14 May 2025 18:40:00 80 0
Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb. Bildirilir ki, modemlər çox zaman kibertəhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlər isə ev şəbəkəsinə daxil olaraq şəxsi məlumatlara, cihazlara və xidmətlərə zərər verə bilər.
Bu xəbəri də oxu: Kanal Ddə azərbaycanlı bərbərdən xəbər hazırladılar VİDEO
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, bu tip cihazlar tez-tez zərərli proqramlarla yoluxdurulur və ev şəbəkələrinə sızmaq üçün istifadə edilir.
"Router vasitəsilə həyata keçirilən hücumlar nəticəsində yalnız internet bağlantısı deyil, həmin şəbəkəyə qoşulmuş digər cihazlara da nəzarət mümkündür. Bu hallarda kibercinayətkarlar istifadəçilərin şəxsi və bank məlumatlarını oğurlamaq, onlayn fəaliyyətlərini izləmək və hətta cihazları zombi şəbəkələrdə (botnet) istifadə etmək imkanı qazanırlar. Hücumların səssiz və görünməz şəkildə baş verməsi isə təhlükəni daha da artırır".
Mütəxəssis bildirib ki, adətən istifadəçilər sızmalardan yalnız ciddi məlumat itkisi və ya təhlükəsizlik pozuntusu baş verdikdən sonra xəbərdar olurlar:
"Yönləndiricilərin proqram təminatı (firmware) mütəmadi olaraq yenilənməli, standart şifrələr dəyişdirilməli və şəbəkə təhlükəsizliyi üzrə əsas tədbirlər görülməlidir. Cihaz artıq istehsalçı tərəfindən dəstəklənmirsə, daha yeni və təhlükəsiz model ilə əvəz olunması tövsiyə olunur". Son.az
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanun

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı g�

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə

Mayın 19-da saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus

Hakim tərəfindən dindirilərkən ifadəsində prokurorlar haqqında dediyi s�

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti V

Rusiya Federasiyasının Əməkdar artisti, Qaraçay-Çərkəz Respublikasının

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İstanbulda ke�

Türkiyənin bazarlarından birində satıcının yumurtaların üzərindəki so

İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində polis qüvvə

Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur

TikTok-da "Omegabaku" adlı səhifə üzərindən sifariş verən isti
