Milli İncəsənət Muzeyində “Nesvij–dünya mədəniyyətinin irsi” adlı sərgisinin açılışı baş tutacaq
Kriminal 14 May 2025 17:45:00 61 0
Mayın 19-da saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun "Nesvij-dünya mədəniyyətinin irsi" adlı sərgisinin açılışı baş tutacaq. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer alacağı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdiriləcək.
Bu xəbəri də oxu: Gözəllik salonunda canlı yayım edən tiktoker güllələndi FOTO
Bu gün Nesvij qəsri Avropanın ən gözəl qəsrlərindən biri hesab olunur və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır. Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan "Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya təşkil olunacaq. Proqrama saray ziyafətlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, şahzadə ovlarının təşkilinin özəllikləri kimi mövzular, intellektual əyləncə və oyunlar daxildir. Sərgi açılışı zamanı qonaqlar qəsrin aid olduğu dövrün geyimlərində olan əməkdaşlar tərəfindən aparılacaq tematik ekskursiyaya qatılaraq orta əsr rəqsləri üzrə ustad dərslərində iştirak edə biləcəklər.
Mayın 20-də saat 14:00-da ziyarətçilər "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey Qoruğunun əməkdaşları tərəfindən keçiriləcək növbəti tematik ekskursiya və ustad dərslərində iştirak edəcəklər. Sərgi 15 iyun 2025- ci il tarixinədək açıq olacaq.
Tarixə və mədəniyyətə sənət vasitəsilə toxunmaq fürsətini qaçırmayın!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Hakim tərəfindən dindirilərkən ifadəsində prokurorlar haqqında dediyi s�

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti V

Rusiya Federasiyasının Əməkdar artisti, Qaraçay-Çərkəz Respublikasının

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İstanbulda ke�

Türkiyənin bazarlarından birində satıcının yumurtaların üzərindəki so

İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində polis qüvvə

Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur

TikTok-da "Omegabaku" adlı səhifə üzərindən sifariş verən isti

Teleaparıcı Zemfira Adıgözəlova paylaşımı ilə diqqət çəkib.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan MİT direktoru olduğu müddətd�

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməli

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda

Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni cinayət işi məhkəməy

Meksikalı influenser Valeria Markes TikTokda izləyiciləri ilə canlı yayı
