Ohanyanın oğluna Lələtəpə ittihamı – Cinayət işi açıldı
Digərləri 14 May 2025 15:39:00 63 0
Ermənistanda 44 günlük müharibə ilə bağlı yeni cinayət işi məhkəməyə göndərildi.
Bu xəbəri də oxu: Bakıda uşağın ayağındakı iynə 14 gün sonra tapıldı
Son.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ilin 44 günlük müharibəsi zamanı baş vermiş daha bir hadisə ilə bağlı cinayət işini tamamlayaraq məhkəməyə göndərib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin dövrdə hərbi hissəyə rəhbərlik edən polkovnik Artur Ohanyan 2020-ci il oktyabrın 6-dan 7-dək olan müddətdə xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlığa yol verib. Onun bu məsuliyyətsiz davranışı nəticədə ciddi fəsadlara səbəb olub.
Eyni zamanda məlum olub ki, polkovnik Ohanyan oktyabrın 6-da qərargahdan Horadiz şəhərinin qərbində yerləşən Lələtəpə istiqamətində hücuma keçmək və müdafiə xəttini bərpa etmək əmri almasına baxmayaraq, bu əmri icra etməyib.
İstintaq zamanı həmçinin N saylı hərbi hissənin tabor komandiri, polkovnik-leytenant Q.A.-nın 2020-ci il oktyabrın 7-də tabeliyindəki şəxsi heyəti Lələtəpə istiqamətində döyüşə cəlb etməyə məcbur etdiyi müəyyən edilib. Lakin o, silah və sursat itkilərini bəhanə gətirərək döyüş tapşırığını yerinə yetirməyib.
Q.A.-nın tabeliyindəki heyətə marşrutdan kənara çıxmağı əmr etdiyi, yuxarı komandanlıqla əlaqə yaratmaq təkliflərini rədd etdiyi, daha sonra isə icazə almadan taborun şəxsi heyətini döyüşü davam etdirmədən geri qaytarmaq qərarı verdiyi bildirilir.
Məlumata görə, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri və hazırkı deputat Seyran Ohanyanın oğludur.
Kənan Son.az
Meksikalı influenser Valeria Markes TikTokda izləyiciləri ilə canlı yayı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (El

Azərbaycan rəqəmsal bazarı heç də xarici dövlətlərdən geri qalmayaraq

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli

Türkiyənin məşhur pop musiqi sənətçisi Nilüfer uzun fasilədən sonra ic

Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlamalar verib. Son.az

Bakının mərkəzində maraqlı görüntü lentə alınıb.

Günahsız yerə 38 il həbsdə qalan kişi azadlığa buraxılıb.

Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı

Beynəlxalq Muğam Mərkəzində Əməkdar müəllim, xanəndə Nəriman Əliyev

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

Müğənni Aygün Ağayeva ailə qurub. Son.az xəbər verir ki, onun toyunda

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa

"Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra h

Fransada baş verən hadisə ölkə ictimaiyyətində və mediada ciddi rezonans
