Xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib FOTO


Kriminal 14 May 2025 13:19:00 90 0

Xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar müəllim, xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gecədə xanəndənin həyat və yaradıcılığından söz açılıb.

AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmi xanəndənin pedaqoq kimi muğam sənətimizə verdiyi töhfələrdən söz açıb.

Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev , Xalq artisti Vamiq Məmmədəliyev Nəriman Əliyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, unudulmaz xanəndə və pedaqoq Nəriman Əliyev Seyid Şuşinskinin xanəndəlik sinfində təhsil alıb, ustaddan muğamın sirlərini öyrənib, pedaqoq kimi müəlliminin metodlarını mənimsəyib.

Nəriman Əliyev 1965-ci ildən 1997-ci ilə kimi məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. Nəriman Əliyev pedaqoqluq fəaliyyəti ərzində çoxlu xanəndələr yetişdirib. Ustad-xanəndənin 95 illik yubileyinə həsr olunan gecədə tələbələri, Xalq artistləri Səkinə İsmayılova, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artist Ruzə İbişova, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndə-pedaqoq Sabir Abdullayev muğam və təsniflərdən ibarət konsert proqramı təqdim edib. Nəslin davamçısı olan beynəlxalq və respublika müsabiqələri laureatları , kamança ifaçısı Mehri Əsədullayeva çıxış edib.

Xanəndələr unudulmaz müəllimlərini dərin ehtiramla yad edərək vurğulayıblar ki, bu gün muğam sənətimizi səviyyəli şəkildə təqdim edən xanəndələrin ərsəyə gəlməsində onun rolu danılmazdır. Təsadüfi deyil ki, Nəriman müəllim xanəndəlik məktəbinə böyük bir xanəndə ordusu bəxş edib. Onların əksəriyyəti indi yüksək fəxri adlara layiq görülən tanınmış xanəndələrdir.

Qeyd edək ki, Nəriman Əliyev 5 may 1930-cu ildə Bakıda dünyaya göz açıb. Onun xanəndə kimi fəaliyyətinə və formalaşmasına 1956-cı ildə Seyid Şuşinski ilə tanış olmağı böyük təsir göstərir. O, S.Şuşinskinin xanəndəlik sinfində təhsil alır, ustaddan muğamın sirlərini öyrənir, pedaqoq kimi müəlliminin metodlarını mənimsəyir.

Nəriman Əliyev 1965-ci ildən 1997-ci ilə kimi məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyir.

Nəriman Əliyev pedaqoqluq fəaliyyəti ərzində çoxlu xanəndələr yetişdirib. Onlar sırasında Xalq artistləri Qəndab Quliyeva, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zümrüd Məmmədova, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Qəzənfər Abbasov, Gülyanaq Məmmədova və başqalarının adını qeyd etmək olar.

Xanəndə 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1988-ci ildə Muğam Teatrına məsləhətçi kimi dəvət edilir. Azərbaycan Televiziyasının fondunda onun ifasında "Rast", "Bayatı-Şiraz", "Rahab", "Mahur-hindi", "Çahargah", "Şur", "Mənsuriyyə", "Mani" muğam və təsniflərinin, xalq mahnılarının lent yazısı saxlanılır.

Əməkdar müəllim, xanəndə Nəriman Əliyev 1998-ci il aprelin 28-də vəfat edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

Polis bu rayonda əməliyyat keçirdi  Saxlanılan var like
  • 14 May 13:11  
Digərləri Polis bu rayonda əməliyyat keçirdi Saxlanılan var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmək

arrow Ətraflı
Azərbaycanlı müğənni özünə BƏYSİZ toy etdi like
  • 14 May 13:02  
Şou-biznes Azərbaycanlı müğənni özünə BƏYSİZ toy etdi

Müğənni Aygün Ağayeva ailə qurub. Son.az xəbər verir ki, onun toyunda

arrow Ətraflı
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı like
  • 14 May 12:53  
Digərləri “Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa

arrow Ətraflı
Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib?  RƏSMİ AÇIQLAMA like
  • 14 May 12:50  
Digərləri Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? RƏSMİ AÇIQLAMA

"Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra h

arrow Ətraflı
Fransada polislər yazıçının evinə basqın etdi  Kitabında hakimiyyəti ifşa etmişdi  FOTO like
  • 14 May 12:44  
Dünya Fransada polislər yazıçının evinə basqın etdi Kitabında hakimiyyəti ifşa etmişdi FOTO

Fransada baş verən hadisə ölkə ictimaiyyətində və mediada ciddi rezonans

arrow Ətraflı
Azərbaycandan neçə nəfər "Green Card" qazanıb? like
  • 14 May 12:40  
Digərləri Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?

Bu il Azərbaycandan 1 730 nəfər ABŞ-də yaşamaq icazəsi verən "Green

arrow Ətraflı
Sabah bəzi ərazilərdə leysan olacaq like
  • 14 May 12:33  
Digərləri Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda ilk MercedesBenz Fashion Week Azerbaijan keçiriləcək! like
  • 14 May 12:23  
Şou-biznes Bakıda ilk MercedesBenz Fashion Week Azerbaijan keçiriləcək!

2025-ci il mayın 15-dən 17-dək Bakıda Mercedes-Benz-in strateji tərəfdaşl

arrow Ətraflı
Ali məktəblərə keçid balları artırıla bilər like
  • 14 May 12:21  
Digərləri Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna

arrow Ətraflı
Qarabağa fərdi avtomobillərlə getmək istəyənlərin NƏZƏRİNƏ like
  • 14 May 12:14  
Digərləri Qarabağa fərdi avtomobillərlə getmək istəyənlərin NƏZƏRİNƏ

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan

arrow Ətraflı
Tarixi görüş  Ərdoğan, Tramp, Salman və Şərabir like
  • 14 May 12:03  
Dünya Tarixi görüş Ərdoğan, Tramp, Salman və Şərabir

25 illik fasilədən sonra ABŞ və Suriya liderləri ilk dəfə üz-üzə gör�

arrow Ətraflı
Gənc pianoçu Aydan Nuriyevanın ilk solo konserti keçirilib  FOTO like
  • 14 May 12:01  
Kriminal Gənc pianoçu Aydan Nuriyevanın ilk solo konserti keçirilib FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orq

arrow Ətraflı
Bu şəxslərə pulsuz ev veriləcək like
  • 14 May 11:49  
Digərləri Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüy�

arrow Ətraflı
"Avroviziya 2025"də bu ölkələr finala çıxdı like
  • 14 May 11:47  
Şou-biznes "Avroviziya 2025"də bu ölkələr finala çıxdı

Xəbər verdiyimiz kimi, dünən "Avroviziya 2025" mahnı müsabiqəs

arrow Ətraflı