Pomidor sürətlə ucuzlaşacaq
Digərləri 08 May 2025 18:31:00 64 0
Xəbər verdiyimiz kimi Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.
Bu xəbəri də oxu: Oğuzda ağır qəza xəsarət alanlar var VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
Bəs, bu qərar daxili bazara necə təsir edəcək?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırda istixana mövsümü başa çatır:
"Yaxın günlərdə havanın temperaturu 25 dərəcəni keçəcək. Bununla da istixanalar yay rejimində fəaliyyətlərini davam etdirəcək. Belə vəziyyətdə AQTA-nın idxalla bağlı müvafiq qərarı bazarda qiymətlərin sabitləşməsinə səbəb olacaq. Artıq pomidorun baha satıldığı dövr başa çatmaqdadır. Bundan sonra pomidorun qiyməti sürətlə ucuzlaşacaq.
Beləliklə də bundan sonra alıcılar yox, satıcılar qiymətdən narazılıqlarını ifadə edəcəklər. Ona görə də AQTA-nın son qərarı daxili bazarın qorunmasına xidmət etsə də, bu davamlı olmalıdır. Əhaliyə aşağı qiymətə və keyfiyyətli qida məhsullarının çatdırılması üçün müvafiq qurumlar bütün zəruri tədbirləri görməlidir". Son.az
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbay

"Volvo" təhlükəsizlik problemi səbəbindən 413 mindən çox avto

Sosial şəbəkələrdə həm bəyənmə, həm də şərh dalğası yaradan self

Ziya Bünyadov prospektindən "20 Yanvar" metrostansiyası istiqaməti

Rusiya-Ukrayna müharibəsi artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır,

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməl

Dünyanın inkişafı ilə texnologiyaların sürətli inkişafı həyatımızda

Xalq artisti Aygün Kazımova tədbirlərin birinə qatılıb.

Astroloqlar hesab edir ki, bəzi bürclər maddiyyata olan münasibətləri ilə

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində K�

Bakıda Əhməd Rəcəbli küçəsi tam bağlanır.

12 gün sonra öyrəndi ki, arvadı kişi imiş

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti �

Ötən il estetik prosedurları ilə gündəmdən düşməyən Rafet El Roman ye

Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin
