“ART OLİMPİA 2025” incəsənət və rəqs müsabiqəsi keçirildi FOTO
Kriminal 08 May 2025 18:06:00 91 0
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında və paralel olaraq Bakı Gənclər Mərkəzində "ART OLİMPİA 2025" incəsənət və rəqs müsabiqəsi keçirildi. "ART OLİMPİA 2025" müsabiqəsinə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Ağdaş, Ağdam, Yevlax, Mingəçevir, Oğuz, Şəki, Goranboy və sair bölgələrimizin uşaq musiqi və incəsənət məktəblərindən, mədəniyyət saraylarından iki mindən çox iştirakçı qatılıb. Bu iştirakçılar iki gün ərzində öz nominasiyaları və yaş qrupları arasında incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət, bədii qiraət) üzrə gərgin mübarizə aparıblar. Öz qalibiyyətləri ilə seçilənlər Ağdaş rayon Habil Əliyev adına 1 №-li Uşaq Musiqi Məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası, Ağdam şəhər C.Qaryağdıoğlu adına UİM, Goranboy rayon Düzqışlaq kənd UMM, rəqs incəsənət növündə isə "Qaval Rəqs Ansamblı", "Grasiya İK" qrupu olub. Çıxışlarından sonra iştirakçılar "Azərbaycan Gənclər İttifaqı" İctiami Birliyinin sədri Zakir Əliyev tərəfindən təntənəli şəkildə mükafatlandırılıblar. Müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər. 2 gün paralel olaraq iki fərqli məkanda təşkil olunan irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu müsabiqə uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə, gənclər arasında mədəni dialoqun formalaşmasına xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq". Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə, ədalətli seçimlərinə və yorulmadan böyük zövqlə fəaliyyət göstərən 19 nəfərlik dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib. Zakir Əliyev isə qeyd edib: "Öncəliklə, bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm! Növbəti beynəlxalq müsabiqələrimizə isə digər ölkələrin təmsilçilərini də gözləyirik. Azərbaycanı təmsil edəcək komandaları da beynəlxalq müsabiqələrdə görmək istəyirik. Əminik ki, iştirakçılarımız ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər".
Bu xəbəri də oxu: “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmipraktiki seminar keçirilib FOTO
"Volvo" təhlükəsizlik problemi səbəbindən 413 mindən çox avto

Sosial şəbəkələrdə həm bəyənmə, həm də şərh dalğası yaradan self

Ziya Bünyadov prospektindən "20 Yanvar" metrostansiyası istiqaməti

Rusiya-Ukrayna müharibəsi artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır,

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməl

Dünyanın inkişafı ilə texnologiyaların sürətli inkişafı həyatımızda

Xalq artisti Aygün Kazımova tədbirlərin birinə qatılıb.

Astroloqlar hesab edir ki, bəzi bürclər maddiyyata olan münasibətləri ilə

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində K�

Bakıda Əhməd Rəcəbli küçəsi tam bağlanır.

12 gün sonra öyrəndi ki, arvadı kişi imiş

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti �

Ötən il estetik prosedurları ilə gündəmdən düşməyən Rafet El Roman ye

Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
