Dünyanın “ən çirkli” pulu hansıdır?
Digərləri 08 May 2025 12:41:00 82 0
Demək olar ki, hər kəs pulun bakteriyalar üçün ideal mühit olduğunu azı bir dəfə eşidib. Bəs hansı ölkələrin pul vahidləri dünyada ən çirkli hesab olunur?
Bu xəbəri də oxu: Saray qəsəbəsinin bitməyən problemləri
Son.az "Time Magazine and the National Library of Medicine" nəşrinə istinadən xəbər verir ki, fərqli ölkələrin banknotlarında aşkar edilən mikrob sayı ilə bağlı bəzi təəccüblü faktlar var.
Pul niyə mikroblar üçün "ev"ə çevrilir?
Banknotlar daim əl dəyişdirdiyi və müxtəlif səthlərə toxunduğu üçün mikroorqanizmlər üçün ideal mühit sayılır. Araşdırmalar göstərir ki, kağız pullar yalnız zərərsiz bakteriyalar deyil, həm də təhlükəli xəstəliklərin törədicilərini daşıya bilər. Bu mikroblar insanla və ya çirklənmiş əşyalarla təmas nəticəsində pulun üzərinə düşür.
Mikroorqanizmlər pulun üzərinə yapışaraq, onun lifli quruluşunda uzun müddət qala bilir. Əgər kağız antibakterial örtüyə malik deyilsə, bu da bakteriyaların yaşamasını asanlaşdırır. Yüksək rütubət və temperatur da mikrobların sağ qalma müddətini artırır. Bu səbəbdən, insan pul ilə təmasdan sonra əllərini yusa belə, müəyyən bakteriyalar dəri üzərində qala bilər.
Dünyanın "ən çirkli" valyutalarının reytinqi
Araşdırmalara əsasən, bütün pullar mikroblar üçün eyni dərəcədə əlverişli deyil. Məsələn, avro, Norveç kronu və Böyük Britaniya funt sterlinqi banknotları ən "təmiz" valyutalar sırasındadır. Bunun səbəbi isə bu banknotların xüsusi tərkibə malik kağızdan hazırlanmasıdır ki, bu da bakteriyaların yayılmasının qarşısını alır.
Ən çox bakteriya aşkar edilən valyutalara isə Danimarka, İsveçrə və Rusiyanın pul vahidləri daxildir. Tək bir Danimarka kronunda 40,000, İsveçrə frankında isə 32,000 bakteriya aşkar olunub.
2025-ci il mayın 5-də Aralıq dənizinin mədəni incisi olan Alanya şəhəri

"Nvidia" yeni "GeForce" RTX 5060 videokartının satış tar

Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya dü

Məşhur Şəki restoranı sökülür.

Əməkdar artist Vasif Məhərrəmli maraqlı açıqlamalar verib.

Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair KOBİA və VINEN ar

Ermənistan Milli Məclisində bu gün gərgin anlar yaşanıb. Baş nazir Niko

Lvbel C5 adı ilə tanınan məşhur reper Süleyman Burak Bodur narkotik maddə

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxs

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə may ayın�
