AzərbaycanVyetnam Biznes Şurası yaradılır FOTO
Digərləri 08 May 2025 11:24:00 88 0
Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair KOBİA və VINEN arasında Anlaşma Memorandumu imzalanıb.
Bu xəbəri də oxu: Avro ucuzlaşdı, rubl bahalaşdı dollar isə...
Azərbaycan və Vyetnam iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Biznes Şura yaradılır. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində "Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar.
Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, birgə tədbirlərin təşkilinə, tərəflər arasında ticarət əlaqələrinin inkişafında faydalı ola biləcək məlumat mübadiləsinə köməklik göstərəcəkdir. İlkin mərhələdə Azərbaycan-Vyetnam Biznes Şurasının həmsədrlərinin müəyyən edilməsi və şuraya hər iki ölkədən iş adamlarının cəlb olunması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa arasında keçirilmiş görüşdə müvafiq memorandumdan irəli gələn məsələlər, eləcə də hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq və bu əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
VINEN-in prezidenti həmçinin, "Bakı KOB evi"nin fəaliyyəti, burada sahibkarlara göstərilən "G2B" və "B2B" xidmətlərlə tanış olub.
Ermənistan Milli Məclisində bu gün gərgin anlar yaşanıb. Baş nazir Niko

Lvbel C5 adı ilə tanınan məşhur reper Süleyman Burak Bodur narkotik maddə

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxs

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə may ayın�

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərind

Bu gün səhər saatlarında İranın şimalında yerləşən Simnan vilayətini

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün R

Yer kürəsini güclü maqnit qasırğası vuracaq: Nə zaman başlayacaq və ö

2025-ci il mayın 8-nə olan bürclər proqnozu beş bürcün həyatında yeni b

Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasil�

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
