5 il sonra bu şəxslər işsiz qalacaq
Digərləri 07 May 2025 06:06:00 85 0
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Xüsusilə süni intellekt (SI) həyatın bir çox sahələrinə nüfuz edir və bir çox peşələri kökündən dəyişməyə başlayıb. Hələlik insanlar üçün alternativ olmayan sahələr olsa da, bəzi peşələr yaxın 5 ildə SI tərəfindən tam və ya qismən əvəz edilə bilər.
Bu xəbəri də oxu: Hacı Şahinin oğlu atasının vəfatından danışdı “Mənim üçün hər şey sönüb”
Son.az xəbər verir ki, Musavat.com süni intellektin yaxın gələcəkdə ən çox təsir edəcəyi 10 peşəni araşdırıb.
Müştəri xidməti operatorları
Hazırda çatbotlar və avtomatlaşdırılmış cavab sistemləri bir çox şirkətlərin müştəri xidmətini əvəz edir. 5 ilə bu sistemlər daha da təkmilləşəcək, emosiya tanıma və səsli cavab imkanları ilə real insanla danışırmış kimi təəssürat yaradacaq. Beləcə operatorların sayı azalacaq və zamanla ümumiyyətlə lazım olmayacaqlar.
Kassirlər
Artıq bəzi supermarket və mağazada özünüidarəetmə kassaları istifadəyə verilib. Sİ əsaslı tanıma sistemləri, ödəniş və təhlükəsizlik alqoritmləri bu sahədə insan resursuna olan tələbatı azaldacaq. Məsələn, böyük marketlərdə 20, bəzən 30 kassa olur. Burada növbəli sistemdə 40 və ya 60 kassir çalışır. Amma özünüidarəetmə kassaları artdıqca insan əməyi lazım olmayacaq. Bir neçə kassir çalışacaq, geri qalanlar Sİ idarə olunacaq. Bu da kütləvi işsizlik deməkdir. Çoxlarının son iş yeri sırasına marketlər şəbəkəsi də daxildir.
Tərcüməçilər
"Google Translate", "DeepL" və digər platformalar son illərdə ciddi inkişaf edib. Süni intellekt yaxın illərdə konteksti daha yaxşı anlayaraq dəqiq və təbii tərcümə edə biləcək. Xüsusən sənədlərin, vebsaytların və texniki mətnlərin tərcüməsində tərcüməçilərin yerini almaq çətin olmayacaq. Sİ sahəsi hər gün yenilənir və artıq mətnləri insan kimi yazmağa başlayıblar. İnsan üçün işi, həyatı asanlaşdırıb, özlərinə sərf etmələri üçün daha çox vaxt qazandırsa da, Sİ həm də ciddi işsizlik yaradacaq.
Data analizatorları və statistiklər
Süni intellekt böyük məlumat bazaları ilə işləməkdə insandan daha sürətli və səhvsizdir. İrəliləyən dövrdə şirkətlər məlumat analizini Sİ sistemlərinə həvalə edəcək. İnsan sadəcə nəticələrin təhlili və qərarvermə hissəsində iştirak edəcək.
Qrafik dizaynerlər
Canva kimi platformalar artıq dizayn prosesini qeyri-peşəkarlar üçün də əlçatan edib. Sİ əsaslı dizayn alətləri sadəcə bir neçə cümləlik təsvirlə afişa, logo və sosial media postları hazırlaya bilir. Bu, əsasən başlanğıc səviyyəli dizaynerlərin əvəzlənməsinə səbəb olacaq. Canva bu yaxınlarda istifadəyə verməyə hazırlaşdığı yeni Sİ özəlliyi ilə istifadəçilərinə ciddi kod bilgisi olmadan kodlamada kömək edəcək.
Jurnalistlərin bir hissəsi
Çin texnologiya şirkəti "Unitree" tərəfindən hazırlanan "H

Alça yaz-yay aylarının əvəzolunmaz meyvələrindəndir. Bu meyvə daha çox

Son illərdə gənclər arasında əzələ kütləsini artırmaq məqsədilə z�

Ali təhsilin bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa maraqlı görüntüləri

Neftçala rayonu, Aşağı Surra kənd tam orta məktəbindən 7 nəfər Respubl

Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azər

Xəbər verdiyimiz kimi, Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülna

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 10-cu Anadolu Media Mükafatlar�

Ukrayna Silahlı Qüvvələrinin Moskvaya PUA hücumu paytaxt hava limanlarında

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və apa
