Yeni ixtisaslar hansı universitetlərdə tədris ediləcək?
Digərləri 07 May 2025 00:47:00 73 0
Ali təhsilin bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.
Bu xəbəri də oxu: 9cu sinif şagirdi imtahana cibində oyuncaqlarla gəldi
Bəs yeni ixtisaslar hansı universitetlərdə tədris ediləcək?
Məsələ ilə bağlı Son.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib:
"Yeni yaradılan ixtisasların çoxu birinci qrupdadır. Burada ən vacib ixtisaslardan biri data analtika ixtisasıdır. Yalnız riyaziyyat informatika alt qrupuna üstünlük verən abituriyentlərin bu ixtisası seçmək imkanı olacaq. Data analtika ixtisasının Bakı Ali Neft Məktəbi və BDU-da olması planlaşdırılır. Bu il birinci ixtisas qrupunda yeni yaradılan ixtisaslardan biri də Fizika Riyaziyyat müəllimliyidir. Sözügedən ixtisasın BDU, ADPU,eləcə də Gəncə və Sumqayıtda olması nəzərdə tutulub".
Ekspert qeyd edib ki, digər ixtisas isə heyvandarlıqla bağlıdır:
"Bu ixtisas Gəncə Aqrar Universiteti, Lənkəran Dövlət Universitetində olması planlaşdırılır. Təbii ki, ən vacib ixtisas siyahısında biz qeyd etməliyik ki, kənd təsərrüfatı texnologiyalar ixtisası bu da Gəncə şəhərində olacaqdır. Üçüncü ixtisas isə bu bizim abituriyentlərimiz üçün xüsusi pedaqoqiya ixtisasıdır. Bu da BDU, ADPU, ADU, BSU və bir neçə özəl universitetdə tədris olunacaqdır. Bu il əmək bazarının ən vacib ixtisasları sırasında dördüncü qrupda qidalanma və dietologiya ixtisası da yer tutur. Bu yeni ixtisasın ATU və Gəncədə tədris olunması proqnozlaşdırılır".
Bəs yeni yaradılan ixtisaslar qəbul prosesinə necə təsir göstərəcək?
Ekspert bildirib ki, yeni ixtisaslar qəbul ballarına təsir göstərməyəcək.
Məsələ ilə bağlı DİM-dən bildirildi ki, yeni ixtisasların hansı ali təhsil müəssəsində olması Nazirlər Kabinetinin qərarından sonra tam bəlli olacaq.
Aysel Əkbər Son.az
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa maraqlı görüntüləri

Neftçala rayonu, Aşağı Surra kənd tam orta məktəbindən 7 nəfər Respubl

Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azər

Xəbər verdiyimiz kimi, Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülna

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 10-cu Anadolu Media Mükafatlar�

Ukrayna Silahlı Qüvvələrinin Moskvaya PUA hücumu paytaxt hava limanlarında

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və apa

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ara

Türkiyənin tanınmış aktrisası İpek Tenolcay illər sonra sənətini dəyi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 9 mərtəbəli binan

Aktrisa Pərvin Abıyeva müğənni Nigar Camalın qızı Jasmini müdafiə edib
