"Ankara nə Rusiya ilə münasibətləri pozmaq, nə də Ukraynanı tək qoymaq istəyir"


Siyasət 06 May 2025 23:13:00 63 0

"Ankara nə Rusiya ilə münasibətləri pozmaq, nə də Ukraynanı tək qoymaq istəyir"

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 5-də telefon danışığı olub. Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Ərdoğan Trampın müharibələrə son qoymağa mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini bildirib.

Həmçinin dövlət başçıları Qəzza ilə bağlı fikir mübadiləsi aparıblar. Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. Ərdoğan, həmçinin həmkarını Türkiyəyə dəvət edib.

Son.az xəbər verir ki, bu Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra liderlərin ilk telefon danışığıdır. Yayılan məlumatdan da aydın olur ki, müzakirə məhsuldar və səmərəli olub.

Mövzunu şərh edən siyası ekspert Kənan Novruzov bildirib ki, Türkiyə və ABŞ bir çox məsələ ilə bağlı fikir ayrılığına baxmayaraq, iki NATO müttəfiqi kimi münasibətlərin kəskinləşməsində maraqlı deyil. Bu, dövlət başçılarının ritorikasından hiss olunur:

"Qlobal geosiyasətlə bağlı ABŞ və Türkiyənin mövqeyi əslində aşağı - yuxarı eynidir. Hər iki dövlət mümkün qədər çalışır ki, müharibəni dayandırsın və potensial savaşların qarşısını alsın. Bu mənada Türkiyə Ərdoğanın da dediyi kimi, ABŞ-nin səylərini dəstəkləyir. Şərqi Avropada savaşın davam etməsi nə Ankaraya lazımdır, nə də Vaşinqtona. Əksinə, hər iki tərəf müharibənin bitməsində maraqlıdır. Bu mənada tərəflərin bundan sonra atəşkəs istiqamətində koordinasiyalı davranmaları və səylərini birləşdirmələri gözləniləndir. Məlum olduğu kimi, Ankara Kiyev və Moskva arasında neytral mövqeyə sahibdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, Rusiya ilə münasibətləri də pisləşdirməkdə maraqlı deyil. Odur ki, ABŞ-nin məsələyə yanaşması Türkiyəni qane edir.

Qəzza məsələsi ilə bağlı isə tərəflərin konsensus əldə etməsi daha çətindir. Belə ki, İsrail Qəzzanı darmadağın edir. Türkiyə Yaxın Şərqdə baş verənlərdə barışmır. Əgər ABŞ İsrailə "qırmızı işıq yandırsa" gərginlik xeyli dərəcədə azala bilər. Amma Vaşinqton hələ ki, bunu etmir. Bu, İsrailə hücumlarını intensivləşdirməyə şərait yaratmaqla yanaşı, həm də Ankaranın narazılığına səbəb olur. Suriya məsələsində Ankaranın mövqeyi kifayət qədər konkret və qətidir. Türkiyə Suriyada heç bir üçüncü gücə, o cümlədən ABŞ-yə güzəştə getməyəcək".

Asya Son.az 

"Kurtlar Vadisi"nin məşhur aktrisası görün indi nə işlə məşğuldur  FOTO like
  • 06 May 23:00  
Digərləri "Kurtlar Vadisi"nin məşhur aktrisası görün indi nə işlə məşğuldur FOTO

Türkiyənin tanınmış aktrisası İpek Tenolcay illər sonra sənətini dəyi

arrow Ətraflı
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib  FOTO like
  • 06 May 22:55  
Kriminal Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
9 mərtəbəli binanın 8ci mərtəbəsində biabırçı vəziyyət hökm sürür like
  • 06 May 22:39  
Digərləri 9 mərtəbəli binanın 8ci mərtəbəsində biabırçı vəziyyət hökm sürür

Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 9 mərtəbəli binan

arrow Ətraflı
"Bu geyimdə bütün Bakı gəzir" like
  • 06 May 22:27  
Şou-biznes "Bu geyimdə bütün Bakı gəzir"

Aktrisa Pərvin Abıyeva müğənni Nigar Camalın qızı Jasmini müdafiə edib

arrow Ətraflı
Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi like
  • 06 May 22:14  
Kriminal Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi

Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.

arrow Ətraflı
Ərdoğan Bahçelini evində ziyarət etdi like
  • 06 May 21:48  
Digərləri Ərdoğan Bahçelini evində ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyas

arrow Ətraflı
Tramp Kanadanın baş naziri ilə görüşdü like
  • 06 May 21:42  
Dünya Tramp Kanadanın baş naziri ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni 6 may tarixində

arrow Ətraflı
Oksana ilk dəfə Şəhriyarla bağlı sualı cavablandırdı like
  • 06 May 21:27  
Şou-biznes Oksana ilk dəfə Şəhriyarla bağlı sualı cavablandırdı

Aktrisa Oksana Rəsulova ilk dəfə ayrıldığı həyat yoldaşı, aparıcı Ş

arrow Ətraflı
“Orqan musiqisi axşamı” adlı konsert keçirilib  FOTO like
  • 06 May 21:22  
Kriminal “Orqan musiqisi axşamı” adlı konsert keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 06 May 21:11  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

arrow Ətraflı
59 yaşlı Əməkdar artistin geyimi TƏNQİD EDİLDİ  VİDEO like
  • 06 May 21:00  
Şou-biznes 59 yaşlı Əməkdar artistin geyimi TƏNQİD EDİLDİ VİDEO

Əməkdar artist Xumar Qədimova məclislərin birində görüntülənib.

arrow Ətraflı
Güclü yağış BakıŞamaxı yolunda maneə yaratdı like
  • 06 May 20:50  
Digərləri Güclü yağış BakıŞamaxı yolunda maneə yaratdı

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci k

arrow Ətraflı
Azərbaycanda tələbə faciəli şəkildə öldü like
  • 06 May 20:42  
Digərləri Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadis

arrow Ətraflı