İqtisadi tənəzzülə hazır olmalıyıq AİB prezidenti
Digərləri 06 May 2025 00:08:00 75 0
Biz mümkün iqtisadi tənəzzülə hazır olmalıyıq.
Bu xəbəri də oxu: Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda bankın rəhbərlərinin işgüzar sessiyasında bildirib.
"Ticarət gərginliyi və bazar dəyişkənliyi qeyri-müəyyənlik yaradır. Mən bu amillərin inkişaf etməkdə olan üzv ölkələrin iqtisadiyyatlarına, xüsusən də ən yoxsul və ən həssas insanlara potensial təsirindən dərin narahatam. Biz mümkün iqtisadi tənəzzülə və artan zəifliklərə hazır olmalıyıq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, AİB maliyyə və texniki resurslardan səmərəli və məqsədyönlü istifadə etməklə inkişaf etməkdə olan üzv ölkələri dəstəkləmək və çevik hərəkət etmək zərurətini anlayır. Hazırkı şəraitdə makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması, o cümlədən regional əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsi xüsusilə vacibdir.
M.Kanda qeyd edib ki, AİB həm vaxtında maliyyələşdirmə, həm də borcun idarə edilməsi və maliyyə sabitliyi sahəsində yardım göstərməklə üzv ölkələrinə cari çağırışların həllinə və şoklara cavab verməyə kömək etməyə hazırdır.
"Böhran maliyyələşdirilməsi kimi mövcud alətlər və resurslara əlavə olaraq, biz likvidlik təzyiqlərini azaltmaq və ölkələrin maliyyə dayanıqlığını dəstəkləmək üçün yeni variantları araşdırırıq.
Bundan əlavə, inkişaf etməkdə olan üzv ölkələrin yardıma artan tələbatını ödəmək üçün biz növbəti on il ərzində kredit imkanlarımızı 100 milyard dollara qədər artıraraq, kapitalın idarə edilməsində islahatlar apardıq. Bu, bizə eyni on il ərzində əməliyyatların miqyasını 50 faiz genişləndirmək imkanı verir. Paralel olaraq, çağırışların çətinləşməsini nəzərə alaraq, donorlardan əlavə resurslar cəlb etmədən proqramlarımızın inkişafa təsirini artırmaq üçün əlavə tədbirlər həyata keçiririk", - deyə AİB prezidenti bildirib.
O, vurğulayıb ki, bu gün yoxsul və həssas təbəqənin müdafiəsi hər zamankindən daha vacibdir.
"Asiya İnkişaf Fonduna (ADF 14) və Xüsusi Texniki Yardım Fonduna (TASF 8) tarixi 5 milyard dollar məbləğində vəsaitin artırılması birgə missiyamıza güclü etimad səsidir. Göstərilən dəstəyə və etimada görə dərin minnətdarlığımızı bildiririk", - deyə M.Kanda qeyd edib. Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Artıq bundan sonra Rusiyaya getmək üçün artıq bilet almaq kifayət etməy�

Meyxanaçı Vüqar Əbdülov həmkarı Orxan Lökbatanlının Heydər Əliyev Sa

"Apple"ın hər il payızda keçirdiyi iPhone təqdimatlarında dəyi

2023-cü il fevralın 16-ı saat 21:10-da Bakının Suraxanı rayonu Əmircan q�

Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - b

Rumıniyanın Baş naziri Marçel Çolaku rəhbərlik etdiyi Sosial Demokrat Par

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələ

Əgər çay axşamdan qalıbsa, əsla içməyin — ilk 45 dəqiqədə içilməs

Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi s

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə m�
