Bakıda iş adamına suiqəsd cəhdi: arvada görə alınan qisas...
Kriminal 05 May 2025 22:43:00 52 0
2023-cü il fevralın 16-ı saat 21:10-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsində evə basqın edilib. Vətəndaş Elman Əsədov DİN 102 xidmətinə zəng edərək, naməlum şəxsin yaşadığı ünvana silahla basqın etməsi və dostları ilə onu tutub, zərərsizləşdirməsi barədə məlumat verib. Saxlanılan şəxs məlumat əsasında hadisə yerinə yollanan 31-ci PB-nin əməkdaşlarına təhvil verilib. Məlum olub ki, o, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Tahir Hüseynovdur. Ondan qundağı və lüləsi kəsilmiş ov tüfəngi, habelə çantasından 6 ədəd patron, 2 ədəd yapışqanlı lent, papaq və vətəndaş Xəyal Muradova məxsus şəxsiyyət vəsiqəsi götürülüb.
Bu xəbəri də oxu: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO
Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində ilkin olaraq Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az sui-qəsdə cəhdin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, Tahir Hüseynov qisas niyyəti ilə "Ballı Market"lər şəbəkəsinin müdiri Elman Əsədovun külli miqdarda pulunu ələ keçirmək üçün qətlini planlaşdırıb. Fevralın 16-ı saat 21 radələrində idarə etdiyi avtomobilini Suraxanı rayonun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarşısında saxlayaraq, içərisində hazırladığı əşyalar və odlu silah olan çantanı götürüb, tanınmamaq məqsədilə başına qara rəngli papağı qoyub. Piyada Elman Əsədovun yaşadığı Əmircan qəsəbəsi, 9-cu Balandin küçəsi, 4 ünvanına gedib. Evin hasarına çıxıb, sonra dam örtüyünün üstündən həyətə düşüb. Ordan bilyard stolu quraşdırılmış otağa girib, əlində silahla oturmuş vəziyyətdə Elman Əsədovun gəlməsini gözləyib. Amma ev sahibindən əvvəl ora Əsədovun qohumu İlqar Əliyev və tanışı Vidadi Vahidov daxil olub. Onlar Tahir Hüseynovu gördüklərinə görə o, törətməyə hazırlaşdığı agır cinayətləri başa çatdıra bilməyib. Hüseynov qaçmaq məqsədi ilə odlu silahı həmin şəxslərə istiqamətləndirib, onlardan döşəməyə uzanmaqlarını tələb edib. İlqar Əliyev və Vidadi Vahidov uzananda, o Vidadi Vahidovun başı üzərindən bir dəfə havaya atəş açıb və otaqdan çıxıb. Arxasınca qaçan Vahidov həyətdə gödəkçəsindən tutub, saxlayanda, qaçmağa çalışan Hüseynov tüfəngin qundağı ilə zərərçəkmişin alın nahiyəsinə zərbə vurub. Buna baxmayaraq, Vidadi Vahidov, İlqar Əliyev və hadisə yerinə gəlmiş Elman Əsədov tərəfindən Tahir Hüseynov silahı əlindən alınmaqla, zərərsizləşdirilib.
İş üzrə dindirilmiş Tahir Hüseynov bildirib ki, 2014-cü ildən sürücü işləyib, işdə olmadığı günlərdə icarə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq, ailəsini dolandırıb. 2019-cu ildə arvadı Zülfiyyə Hüseynova Yeni Suraxanı qəsəbəsində fəaliyyə göstərən marketin parfumeriya şöbəsində satıcı işləyib:
"3 aydan sonra mağazalar şəbəkəsinin müdiri Elman Əsədov malların satışından əldə edilmiş 1000 manat məbləğində pulu xəzinəyə mədaxil etməməkdə günahlandıraraq yoldaşımı əsassız olaraq işdən azad etdi. Arvadım bu barədə mənə məlumat verəndən sonra, iş yerinə gedib bu barədə müdirlə söhbət etdim. Elman Əsədov məni söyərək, yoldaşımın kassaya pul ödəməli olduğunu bildirərək, məni hədələdi və polisə zəng edərək, məlumat verdi.
Bununla bağlı 31-ci Polis Bölməsində araşdırma aparıldı. Elman Əsədovun tələbi əsasında marketə 400 manat versəm də, qalan məbləği ödəmədim. Günlərin bir günü ərzaq almaq üçün həmin marketə gedəndə, arvadımın şəklini xüsusi lövhədə asıldığını və altında oğurluq edən şəxs kimi qeyd edildiyini gördüm. Bundan qəzəblənərək, Elman Əsədovdan qisas almaq qərarına gəldim.
Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - b

Rumıniyanın Baş naziri Marçel Çolaku rəhbərlik etdiyi Sosial Demokrat Par

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələ

Əgər çay axşamdan qalıbsa, əsla içməyin — ilk 45 dəqiqədə içilməs

Xalq artisti Nazpəri Dostəliyeva sərt açıqlaması ilə diqqət çəkib.

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi s

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə m�

Bu həftə astroloji baxımdan əhəmiyyətli dəyişikliklər baş verir və b�

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər

İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib.

Mayamidə 30-a yaxın influenserin yaxta gəzintisi biabırçılıqla bitib.
