Tikinti materialları bahalaşdı
Digərləri 27 Fev 2026 11:29:00 188 0
2026-cı ilin fevral ayına olan vəziyyətə görə Azərbaycanda tikinti materialları bazarında aktivlik artımı müşahidə olunur. Sektor üzrə istehsal göstəricilərində yüksəliş qeydə alınsa da, bazarda qiymət artımı tendensiyası da davam edir.
Bu xəbəri də oxu: Yuxuda uşaq paltarı görmək nə deməkdir?
Məlumatlara əsasən, 2026-cı ilin yanvar ayında tikinti materialları istehsalının ümumi dəyəri 117.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.3% artım deməkdir. Xüsusilə asfalt, əhəng, beton konstruksiyalar və sement məhsullarının istehsalında artım bazarda tikinti fəaliyyətinin canlandığını göstərir.
Tikinti materiallarının satışı ilə məşğul olan Ramil Həsənli Son.az açıqlamasında bildirib ki, bununla yanaşı, fevral ayında tikinti materiallarının qiymətlərində mərhələli bahalaşma müşahidə olunur.
"Son aylarda bazarda satışda olan materialların bir hissəsinin qiyməti artıb və ümumi bahalaşma aylıq orta hesabla 1.4% civarında qiymətləndirilir. Taxta materialları, metal örtüklər və bəzi dam örtüyü məhsullarında qiymət artımı daha nəzərə çarpır. Qiymət artımının əsas səbəbləri idxal məhsullarının bahalaşması, logistika və daşınma xərclərinin yüksəlməsi, həmçinin ölkədə tikinti layihələrinin çoxalması nəticəsində tələbin artması ilə bağlıdır. Azərbaycanın tikinti materialları bazarı hələ də müəyyən dərəcədə idxaldan asılı olaraq qalır və xüsusilə Türkiyədən sement, şüşə və keramika məhsullarının idxalında artım qeydə alınır. Kəskin qiymət sıçrayışı müşahidə olunmasa da, yaz-yay mövsümünə yaxın dövrdə tələbin artması fonunda qiymətlərin tədricən yüksələcəyi gözlənilir", - deyə o qeyd edib.
Ayxan Son.azMilli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın iki xanımla getdiyi
Böyük Britaniyanın müdafiə naziri Con Hili keçmiş şahzadə Endryunun mal
Tezliklə "BakuBus" MMC Naxçıvan şəhərində fəaliyyətə başlay
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumu
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiop
Mikayıl Müşfiqin 6 il əvvəl sümük qalıqları tapıldığı iddia olunur
Xalq artisti Naibə Allahverdiyeva paylaşımı ilə diqqət çəkib.
Azərbaycanın xidmətdə olan ən yaşlı generalı, Baş Dövlət Yol Polisi �
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məş
Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.
Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) h
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladə
Özünüməşğulluğun təşkili zamanı himayəsində 3 və ya daha çox uşa�
