AMEAnın Rəyasət Heyəti ləğv EDİLİR
Digərləri 27 Fev 2026 11:05:00 180 0
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq. Son.az Sfera.az-a istinadən xəbər verir ki, məlumata əsasən, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır. Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir. Hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır. Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir. Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır. Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Bu xəbəri də oxu: Naxçıvan aeroportunun fəaliyyəti bərpa EDİLDİ
Son.az
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiop
Mikayıl Müşfiqin 6 il əvvəl sümük qalıqları tapıldığı iddia olunur
Xalq artisti Naibə Allahverdiyeva paylaşımı ilə diqqət çəkib.
Azərbaycanın xidmətdə olan ən yaşlı generalı, Baş Dövlət Yol Polisi �
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məş
Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.
Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) h
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladə
Özünüməşğulluğun təşkili zamanı himayəsində 3 və ya daha çox uşa�
Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert
Ermənistanın baş naziri Nikol Paşinyan Anna Akopyandan ayrılıb.
"Məktəbli avtobusları" xidməti ilə bağlı ödəniş məbləğin�
Yaxın Şərqdə, xüsusilə Mis dövrünə (Kalkolitik dövr) aid qazıntı sah
Zirvə nöqtəsindən 40%-dən çox dəyər itirən Bitkoin ənənəvi bərpa di
