Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"


Digərləri 24 Fev 2026 19:16:00 80 0

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı - Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova Oxu.Az-la təəssüratını bölüşüb.

Bu xəbəri də oxu: Toliklə Səidə də həbs edilir?

Nilufər Şükürova bildirib ki, NYU Şanxay Universitetinə müraciəti dövlət dəstəyi olmadan edib.

O, qeyd edib ki, bütün sənədləri və müraciət prosesini məktəbin direktoru və sinif rəhbərinin yönləndirməsi, eləcə də tədris mərkəzinin köməyi sayəsində həyata keçirib:

"Əvvəla, qeyd edim ki, soyadım bir çox yerdə səhv yazılıb. Hüseynli yox, Şükürovadır. Universitetlərin müraciət üçün vahid onlayn platforması var. Həmin portal üzərindən qeydiyyatdan keçərək tələb olunan məlumatları, esse və digər sənədləri təqdim etmişəm. İmtahan nəticələri də sistemə əlavə olunub. ABŞ universitetlərində qəbul zamanı məktəbdəki nailiyyətlər və direktorun tövsiyə məktubu mühüm rol oynayır.

Qəbul xəbəri axşam saatlarında gəldi. Elektron məktub vasitəsilə şəxsi portalımda yenilik olduğu bildirildi. Açığı, qəbul olunacağıma ümidim var idi, amma bu məbləğdə təqaüd qazanacağımı gözləmirdim. Portala daxil olanda böyük şok yaşadım. Bir neçə dəfə nəticəyə baxdım ki, səhv görmürəm.

SAT imtahanında 1 600-dən 1 460 bal toplamışdım. Attestat üzrə göstəricim 9 bal üzərindən 8-dir. Bundan əlavə, ABŞ universitetləri dərsdənkənar fəaliyyətlərə xüsusi önəm verir. Mən də bu istiqamətdə aktiv olmuşam. Məktəb direktorunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə yazmışam. Həmin professorun köməyi ilə bəzi şirkətlərdə təcrübə proqramlarında iştirak etmişəm. Düşünürəm ki, bu fəaliyyətlər qəbul nəticəsinə müsbət təsir göstərib".

N.Şükürova bildirib ki, ailəsi qəbul xəbərini böyük sevinclə qarşılayıb:

"Qəbul olunma ehtimalını düşünürdük, lakin bu səviyyədə təqaüd gözləmirdik. Ona görə də hamımız üçün gözlənilməz və çox sevindirici oldu. Kənd məktəbindən Çinə getmək asan deyil. Kənd məktəbində oxuyan bir şagird kimi, bu nəticə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əldə etdiyim nailiyyətin istər Azərbaycanda, istərsə də xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərə nümunə olmasını arzulayıram. Bunun üçün hər kəs özünə inanmalı və arzularını həyata keçirmək üçün intizamla çalışmalıdır. Bu uğurda məktəb rəhbərliyinin və müəllimlərimin böyük dəstəyi olub. Xüsusilə direktorun dəstəyini qeyd etməliyəm. Bu nəticəni təkbaşına əldə etməmişəm.

Uğurumda üç əsas amil rol oynayıb: birincisi, öz istəyim və bu istəyi reallaşdırmaq üçün davamlı çalışmağım; ikincisi, valideynlərimin yönləndirməsi və dəstəyi; üçüncüsü isə təhsil müddətim boyunca məni daim oxumağa həvəsləndirən, düzgün istiqamətə yönəldən və köməyini əsirgəməyən müəllimlərimdir".

N.Şükürova təqaüd məbləği ilə bağlı məqama da aydınlıq gətirib:

"Universitetin illik təhsil haqqı 69 000 ABŞ dollarıdır. Kampus yataqxanası üçün illik 6 000 dollar, tibbi sığorta üçün 5 500 dollar, dərs vəsaitləri üçün isə təxminən 1 500 dollar nəzərdə tutulur. Ümumilikdə bir illik təhsil xərci təxminən 82 000 ABŞ dolları təşkil edir.

Universitet tərəfindən mənə illik 72 000 ABŞ dolları məbləğində təqaüd ayrılıb. Qalan xərclər ailəm tərəfindən qarşılanacaq. Təhsil müddəti dörd ildir və təqaüd hər il tətbiq olunacaq".

O, əlavə edib ki, NYU uzun illərdir arzuladığı universitet olub:

"Məlumat üçün qeyd edim ki, ABŞ Prezidenti Donald Trampın oğlu Nyu-York Universitetinin Vaşinqton filialında təhsil alır. Mənim qəbul olunduğum isə Nyu-York Universitetinin Şanxay filialıdır. Universitetin digər filialları da var, o cümlədən Əbu-Dabidə.

İxtisasım interaktiv media və biznesdir. Şanxay filialında təhsil alacağam və burada Çin dili də tədris olunur. Çin və Azərbaycanın müxtəlif istiqamətlərdə əlaqələri çox yaxşıdır, təhsildə də həmçinin. Çin hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və hesab edirəm ki, bu mühit mənim gələcək inkişafım üçün böyük imkanlar yaradacaq. Gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq istərdim. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Planlarım universitetdəki təhsil prosesindən asılı olaraq daha da dəqiqləşəcək.

İngilis dilini bilirəm, fransız dilini isə müəyyən səviyyədə mənimsəmişəm. Şanxayda təhsil aldığım müddətdə Çin dilini də öyrənməyə başlayacağam". Son.az


Xəbərə aid fotolar

Uşaqlar xarici dil öyrənməyə neçə yaşda başlamalıdır?  Ekspert AÇIQLADI like
  • 24 Fev 19:05  
Digərləri Uşaqlar xarici dil öyrənməyə neçə yaşda başlamalıdır? Ekspert AÇIQLADI

Son illərin psixolinqvistik və pedaqoji araşdırmaları göstərir ki, uşaql

arrow Ətraflı
Axşam saatlarında Xankəndidə həyat like
  • 24 Fev 18:59  
Digərləri Axşam saatlarında Xankəndidə həyat

Gün batanda şəhərlər başqa cür görünür. İşıqlar yanır, küçələr

arrow Ətraflı
Toliklə Səidə də həbs edilir? like
  • 24 Fev 18:53  
Digərləri Toliklə Səidə də həbs edilir?

Baş Prokurorluq sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əx

arrow Ətraflı
Azərbaycan ictimaiyyətinə ağır itki like
  • 24 Fev 18:51  
Digərləri Azərbaycan ictimaiyyətinə ağır itki

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.

arrow Ətraflı
Gültəkin Hacıbəylinin evində axtarış aparıldı like
  • 24 Fev 18:42  
Digərləri Gültəkin Hacıbəylinin evində axtarış aparıldı

Əldə edilmiş məlumata əsasən, Ramiz Mehdiyev və digərləri barəsində D

arrow Ətraflı
Fevralın 25nə tibbimeteoroloji proqnoz açıqlandı like
  • 24 Fev 18:28  
Digərləri Fevralın 25nə tibbimeteoroloji proqnoz açıqlandı

Fevralın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
"Epşteyn işi"ndə adı hallanan keçmiş Baş katib dəhşətli əmələ əl atdı like
  • 24 Fev 18:05  
Dünya "Epşteyn işi"ndə adı hallanan keçmiş Baş katib dəhşətli əmələ əl atdı

"Epşteyn işi"ndə adı hallanan Torbyorn Yaqland özünə qəsdə c�

arrow Ətraflı
Ramiz Mehdiyevin kadrı AMEAda vəzifəyə gətirildi? – RƏSMİ like
  • 24 Fev 17:52  
Digərləri Ramiz Mehdiyevin kadrı AMEAda vəzifəyə gətirildi? – RƏSMİ

Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri dokto

arrow Ətraflı
Bu ərazilərdən ev ALMAYIN  1 mənzil 34 nəfərə SATILIRMIŞ like
  • 24 Fev 17:44  
Digərləri Bu ərazilərdən ev ALMAYIN 1 mənzil 34 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar

arrow Ətraflı
Həbs edilən Aslan Əliyevin milyonluq vergi borcu YARANIB like
  • 24 Fev 17:38  
Digərləri Həbs edilən Aslan Əliyevin milyonluq vergi borcu YARANIB

"Şəmkir Un-Yem" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlə

arrow Ətraflı
Məşhur türk müğənni 250 milyonluq əkiz ViLLAsını qızına HƏDİYYƏ ETDİ like
  • 24 Fev 17:30  
Şou-biznes Məşhur türk müğənni 250 milyonluq əkiz ViLLAsını qızına HƏDİYYƏ ETDİ

Türkiyəli məşhur müğənni Ebru Gündeş səxavətli addımı ilə gündəm

arrow Ətraflı
Kıvanç Tatlıtuğ həmin qəza ilə bağlı ifadə verdi like
  • 24 Fev 17:19  
Şou-biznes Kıvanç Tatlıtuğ həmin qəza ilə bağlı ifadə verdi

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Balıkəsirdə məhkəmə bina

arrow Ətraflı
Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)da kreditlər 9,5%dən və komissiyasız! like
  • 24 Fev 17:12  
Digərləri Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)da kreditlər 9,5%dən və komissiyasız!

VTB (Azərbaycan) Novruz bayramı ərəfəsində müştərilər üçün sərfəl

arrow Ətraflı
"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi  QƏRAR like
  • 24 Fev 17:09  
Digərləri "ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi QƏRAR

Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi like
  • 24 Fev 16:56  
Şou-biznes Tanınmış aktrisa vəfat etdi

"The Dawns Here Quiet" filminin aktrisası, Rusiyanın əməkdar artis

arrow Ətraflı