Balıq insulta səbəb ola bilər?
Digərləri 10 Yan 2026 07:07:00 94 0
Balıq ürək və ümumi sağlamlıq üçün faydalı hesab edilsə də, mütəxəssislər qızardılmış balığın insult riskini artıra biləcəyini bildirirlər.
Bu xəbəri də oxu: Xoşbəxt olmaq üçün lazım olan maaş məlum oldu: Pul həqiqətən xoşbəxtlik gətirirmi?
Son.az xəbər verir ki, Alabama Universitetindən Corc Hovardın rəhbərlik etdiyi amerikalı alimlər bu mövzuda araşdırma aparıblar. Tədqiqat nəticələrinə görə, xüsusilə Alabamada geniş yayılmış yerli qızardılmış balıq növləri ştat əhalisi arasında insult hallarının daha çox qeydə alınmasına səbəb ola bilər.
Alimlər bildiriblər ki, Alabama və bir neçə qonşu ştat "insult kəməri" kimi tanınır. Bu bölgələrdə insultun yayılma tezliyi ABŞ-ın digər ştatları ilə müqayisədə təxminən 30 faiz daha yüksəkdir. Bunun əsas səbəblərindən biri yerli əhalinin həftədə iki dəfə qızardılmış balıq istehlak etməsi ola bilər.
Amerika Ürək Assosiasiyası həftədə ən azı iki dəfə qızardılmamış balıq yeməyi tövsiyə etsə də, Alabama, Arkanzas, Corciya, Luiziana, Missisipi, Şimali və Cənubi Karolina, eləcə də Tennessi ştatlarında yaşayanların bu tövsiyəyə əməl etmə ehtimalının 17 faiz daha az olduğu vurğulanıb.
Tədqiqatda 45 yaşdan yuxarı 21 675 nəfər iştirak edib. Statistikaya əsasən, Alabamada insult göstəricisi hər 100 min nəfərə 125, ölkə üzrə orta göstərici isə 98 nəfərdir. Alimlər qızardılmış balıqla insult arasındakı əlaqənin tam təsdiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.
Xalq artisti Ağadadaş Ağayevin arxiv görüntüsü sosial mediada yayılıb.
Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb və geniş müzakirə
İranın xarici işlər naziri Abbas Arakçının ailə üzvləri ilə birlikdə
Müğənni Şəbnəm Qəhrəmanova məkanların birinin səhnəsində tamaşaç
Müasir dövrdə bəzi insanların bahalı kremlər və ya estetik prosedurlar o
Türkiyə xarici işlər naziri Hakan Fidan 10 ay əvvəl Türkiyəyə Venesuela
Xalq artisti Niyaməddin Musayev türkiyəli müğənni Rafet El Romanla görü�
Gündəlik həyatımızda məişət texnikalarını sadəcə köməkçi vasitəl
Müğənni Pərvin Lətifovla aprıcı Zaur Nəbioğlu arasında gərginlik yaş
Tərtərdə "VAZ-2107" markalı minik avtomobilinin traktorun kotanın
Kanadanın Konkordiya Universitetinin doktorantı Sara Sacedi tərəfindən apar
Tanınmış televiziya ulduzu Cozi Gibson qısa müddət ərzində xarici görü
"Qəzzada sülh planının həyata keçirilməsi üçün rəsmi Ankara üz�
Son.az 10 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
