“Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyətində strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi
Digərləri 09 Yan 2026 17:30:00 66 0
Avant şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxili strukturlaşma və korporativ idarəetmənin optimallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoyur. Bu çərçivədə tikinti şirkəti olmayan "Avant Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi ilə bağlı hüquqi prosedurlar başlanmışdır. "Avant Group" MMC-nin sturukturu şirkətlər qrupuna daxil olan "Avant Construction" MMC ilə birləşdirilmişdir.
Qeyd etmək vacibdir ki, bu qərar fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil və qrup daxilində idarəetmənin daha çevik, şəffaf və səmərəli qurulması məqsədi daşıyır. Sözügedən ləğv prosesi texniki-hüquqi xarakterlidir və yenidən strukturlaşma strategiyasının tərkib hissəsidir.
Eyni zamanda bildiririk ki, "Avant Construction" MMC, "Avant Luxe" MTK, "Avant Group" MTK, "Avant Green" MTK və şirkətlər qrupuna daxil olan digər hüquqi şəxslər öz fəaliyyətlərini tam həcmdə və fasiləsiz şəkildə davam etdirir. Mövcud layihələr, öhdəliklər, tərəfdaşlıq münasibətləri və müştərilərlə iş rejimi dəyişməz qalır. Bu addım nəticəsində idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək, qərarvermə prosesləri sürətlənəcək, korporativ məsuliyyət və nəzarət mexanizmləri gücləndiriləcəkdir.
Avant şirkətlər qrupu bazarda etibarlı mövqeyini qoruyaraq, uzunmüddətli inkişaf və şəffaf idarəetmə prinsiplərinə sadiqliyini davam etdirir.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Tanınmış aktrisa Xuraman Əliyeva etirafları ilə diqqət çəkib.
Yay fəslinin gəlməsinə hələ çox qalsa da indidən bağ evlərini rezervas
İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Fuad Həmid
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu deyilən &q
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbayca
Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni v
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Suriya prezidenti Əhməd Şara xəsarət alması ilə bağlı yayılan iddialar
Milli Məclisin deputatı Razi Nurullayev jurnalist Elçin Əlibəylinin qardaş
"Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.)
Gənc qalıb, görənlər böyük bacısı zənn etdi
"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıc
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyy
Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.
