Diplomların verilmə forması dəyişdi Elektron olacaq
Digərləri 09 Yan 2026 16:10:00 74 0
"Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək. Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə "Təhsil haqqında" qanuna dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi".
Bu xəbəri də oxu: Vətəndaşa nəyə görə müharibə veteranı adı verilmir? 30 ildir gözləyir
Son.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir.
Qeyd edib ki, əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır. Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur.
O.Gündüz nəzərə çatdırıb ki, yeni qaydalara əsasən, təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının ETN-in TMİS informasiya istemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq. Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də myGov şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq. Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək.
"Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır. Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək. Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək. Yəni artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər. Bu isə diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir".
Gənc qalıb, görənlər böyük bacısı zənn etdi
"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıc
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyy
Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.
Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda ictimai düş
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktublar
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzr
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının təda
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə
Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhl�
Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq ü�
2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssis
Gəncə sakini, 1969-cu il təvəllüdlü Fuad Bədəlov 1992-1994-cü illərdə
