Aksiz 20 qəpik artsa da, siqaretlər 4050 qəpik bahalaşıb Niyə?


Digərləri 09 Yan 2026 10:00:00 103 0

Aksiz 20 qəpik artsa da, siqaretlər 4050 qəpik bahalaşıb  Niyə?

2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tətbiq olunan aksiz vergisi artırılır. Qərara əsasən, yerli istehsal olan siqaretlərin hər 1000 ədədi üçün aksiz vergisi 45,5 manatdan 55 manata, idxal olunan siqaretlərdə isə 53,5 manatdan 63 manata qaldırılır.

Yəni, hər 1000 ədəd siqaret 50 qutu deməkdir. Aksiz vergisindəki artım bu hesabla bir qutu siqaret üçün təxminən 20 qəpik təşkil edir. Yəni nəzəri olaraq aksiz artımına görə bir paçka siqaretin qiyməti maksimum 20 qəpik bahalaşmalıdır.

Lakin siqaretin real satış qiymətində artım bundan daha yüksəkdir. Ortalama qiymət artımı 40-50 qəpik arasında baş verib.

Bəs, bunun səbəbi nədir?

Məsələ ilə bağlı Son.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, aksiz vergisinin artırılmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, əsas məqsədlərdən biri dövlət büdcəsinin daxili gəlirlərinin artırılmasıdır.

Qeyd edib ki, siqaret, spirtli içkilər və yanacaq kimi məhsullardan tutulan aksiz vergisi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirir. Verginin artırılması büdcəyə əlavə vəsaitin daxil olmasına şərait yaradır.

A.Nəsirlinin sözlərinə görə, aksiz vergisinin artırılması eyni zamanda sosial və səhiyyə məqsədləri daşıyır:

"Xüsusilə siqaret kimi zərərli məhsulların qiymətinin yüksəldilməsi onların istehlakının azalmasına yönəlib. Qiymət artdıqca insanlar bu məhsulları daha az alır. Bu isə xərçəng, ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin yayılmasının azalmasına kömək edir".

İqtisadçı əlavə edib ki, aksiz vergisi inflyasiya və bazar siyasətinin tənzimlənməsi aləti kimi də istifadə olunur:

"Dövlət bir tərəfdən büdcə gəlirlərini artırır, digər tərəfdən isə bazarda müəyyən məhsulların qiymətinə nəzarət mexanizmi formalaşdırır".

Akif Nəsirli bildirib ki, aksiz vergisinin artımı nəzəri olaraq hər siqaret qutusuna görə təxminən 20 qəpik təşkil etsə də, real qiymət artımı daha yüksək olur:

"Bunun bir neçə səbəbi var. Topdansatış və pərakəndə satış şirkətləri öz mənfəət marjalarını qiymətə əlavə edirlər. İdxal və istehsal xərcləri, daşınma və gömrük rüsumları da qiymətə təsir göstərir. Bundan əlavə, istehsalçılar və satıcılar gələcək inflyasiya və mümkün aksiz artımlarını nəzərə alaraq qiymətləri əvvəlcədən yüksəldə bilirlər. Bazar strategiyaları və psixoloji amillər də nəticədə real qiymət artımının rəsmi aksizdən daha yüksək görünməsinə səbəb olur. Nəticədə nəzəri artım kiçik olsa da, real qiymət artımı daha böyük olur".

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan malların, işlərin, xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən siqaret qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Bundan əlavə qeyd olunub ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.

Qurum bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür:

"Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır. Agentliyə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt  ([email protected]) vasitəsilə müraciət etmək mümkündür".

Mina Mikayılova Son.az

Mübariz Mənsimov barəsində istintaq başladıldı like
  • 09 Yan 09:57  
Kriminal Mübariz Mənsimov barəsində istintaq başladıldı

Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı

arrow Ətraflı
Rəqsanə barədə qərar verildi like
  • 09 Yan 09:55  
Şou-biznes Rəqsanə barədə qərar verildi

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimka

arrow Ətraflı
Rza Pəhləvidən İran rəhbərliyinə xəbərdarlıq like
  • 09 Yan 09:53  
Dünya Rza Pəhləvidən İran rəhbərliyinə xəbərdarlıq

İran şahzadəsi Rza Pəhləvi çərşənbə axşamı günü ilk dəfə etiraz

arrow Ətraflı
"Vidadi Bərdəlinin sənəti məndə olsaydı, "dünyanı dağıdardım"" like
  • 09 Yan 09:48  
Şou-biznes "Vidadi Bərdəlinin sənəti məndə olsaydı, "dünyanı dağıdardım""

Müğənni Manaf Ağayev "Rəngarəng" verilişində səmimi açıqlam

arrow Ətraflı
Azərbaycanda bu valyutalar UCUZLAŞDI like
  • 09 Yan 09:47  
Digərləri Azərbaycanda bu valyutalar UCUZLAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Anneksiya norma kimi: BMT beynəlxalq hüququ gücün xeyrinə necə yenidən yazdı like
  • 09 Yan 09:43  
Dünya Anneksiya norma kimi: BMT beynəlxalq hüququ gücün xeyrinə necə yenidən yazdı

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bu ərazilərdə saat 10:00dan işıq kəsiləcək like
  • 09 Yan 09:42  
Digərləri Bu ərazilərdə saat 10:00dan işıq kəsiləcək

Yanvarın 9-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq

arrow Ətraflı
24 yaşlı gənc faciəvi şəkildə öldü like
  • 09 Yan 09:33  
Digərləri 24 yaşlı gənc faciəvi şəkildə öldü

Cəlilabad rayon sakini dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Bakıda məktəbdə müəllim direktor müavinini DÖYDÜ like
  • 09 Yan 09:16  
Digərləri Bakıda məktəbdə müəllim direktor müavinini DÖYDÜ

Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam

arrow Ətraflı
Azərbaycanda zavodda PARTLAYIŞ like
  • 09 Yan 09:08  
Digərləri Azərbaycanda zavodda PARTLAYIŞ

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

arrow Ətraflı
Müsəlman ölkəsində güclü zəlzələ oldu like
  • 09 Yan 09:03  
Dünya Müsəlman ölkəsində güclü zəlzələ oldu

Tacikistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Son.az xəbər ve

arrow Ətraflı
Finlandiya şirkətindən avtomatik fokuslanan eynək: Uzaq və yaxın görmədə anında netləşmə like
  • 09 Yan 08:41  
Digərləri Finlandiya şirkətindən avtomatik fokuslanan eynək: Uzaq və yaxın görmədə anında netləşmə

Finlandiyanın eynək istehsalçısı IXI istifadəçinin baxışına görə av

arrow Ətraflı
Rüfət Xatirəni əsəbiləşdirdi: "Lap acından ölürsən" like
  • 09 Yan 08:08  
Şou-biznes Rüfət Xatirəni əsəbiləşdirdi: "Lap acından ölürsən"

"İncə səhər" verilişində müğənni Rüfət Axundova "Ən �

arrow Ətraflı
Çin dünyanın ən gücü hipercazibə maşınını istifadəyə verdi like
  • 09 Yan 07:07  
Digərləri Çin dünyanın ən gücü hipercazibə maşınını istifadəyə verdi

Çinli alimlər yerin təxminən 15 metr altında qurulan yeni araşdırma siste

arrow Ətraflı