İrandan vaxtı keçmiş yağlar gətirilir Üzərindəki yazılardan isə heçnə başa düşmək olmur AÇIQLAMA
Digərləri 09 Yan 2026 09:00:00 124 0
Bəzi məhsulların, xüsusilə də İrandan idxal olunan qidaların üzərində son istifadə tarixi, tərkibi və s. barədə məlumatınların Azərbaycan dilində tərcüməsinin olmaması zaman-zaman gündəmə gələn amma həllini tapa bilməyən problemlərdən biridir. Bəzi hallarda isə satıcılar ya bilərəkdən, ya da bilməyərəkdən vaxtı keçmiş məhsulları da satışa çıxarırlar. Məhsulların üzərindəki yazıların anlaşılmaması isə alıcıların aldadılmasına gətirib çıxarır.
Bu xəbəri də oxu: Gürcüstanda turistlər qar uçqunu altında qaldı
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Son.az-a açıqlamasında bildirib ki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri də aldıqları mal haqqında dürüst və ətraflı məlumat əldə etmək hüququdur. Onun sözlərinə görə, bu hüquq həm milli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə açıq şəkildə təsbit olunub.
E.Hüseynov qeyd edib ki, qanunvericiliyə əsasən Azərbaycan əmtəə bazarında satılan bütün mallar, xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu tələb təkcə qida məhsullarına deyil, avtomobillərin sənədlərinə, mürəkkəb texniki cihazların istismar qaydalarına və digər bütün mallara da şamil edilir.
Söyləyib ki, xüsusilə İrandan gətirilən mallarla bağlı illərdir ciddi problem mövcuddur:
"Bu məhsulların üzərində məlumatlar insanların başa düşmədiyi fars əlifbası ilə yazılır. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulmasıdır. Bəzi biznes subyektləri bundan sui-istifadə edərək vaxtı keçmiş malları bazara çıxarır və istehlakçıları aldadır".
Eyyub Hüseynov dövlət qurumlarının, xüsusilə gömrük orqanlarının bu məsələdə kifayət qədər sinxron işləmədiyini də vurğulayıb. Nəzərə çatdırıb ki, gömrük orqanları qanun pozuntusu aşkar etdikdə məsuliyyəti başqa qurumların üzərinə atmamalı, müvafiq dövlət orqanları ilə birbaşa əlaqə saxlamalıdırlar.
Dediyinə görə, İrandan idxal edilən malların markalanmasında müəyyən düzəlişlər edilsə də, problem tam həllini tapmayıb.
E.Hüseynov istehlakçılara belə hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaynar xəttinə və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi tövsiyə edib:
"Bu cür qanun pozuntuları təkcə istehlakçı hüquqlarının tapdanması deyil, eyni zamanda insanların sağlamlığı üçün real təhlükə, zəhərlənmə riskinin artması deməkdir".
Mina Mikayılova Son.az
Finlandiyanın eynək istehsalçısı IXI istifadəçinin baxışına görə av
"İncə səhər" verilişində müğənni Rüfət Axundova "Ən �
Çinli alimlər yerin təxminən 15 metr altında qurulan yeni araşdırma siste
Aşıq Zülfiyyə İbadova həyat yoldaşı ilə ayrılması haqda iddiaya əsə
Süni intellekt sahəsində tanınmış mütəxəssis və "OpenAI"nin
OpenAI süni intellektin səhiyyə sahəsində istifadəsini genişləndirmək m
Qış aylarında avtomobil yollarında yaranan buzlanma həm sürücülər üç�
Şərqi Qaradəniz sahilləri boyunca uzanan Kaçkar dağlarına dırmaşan tür
Hamımızın ətrafında eyni hadisəni dönə-dönə danışan kimsə mütləq
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Təmizlik üçün saatlarla vaxt ayıra, bahalı yuyucu vasitələr ala bilərsi
"Xına məclisini başıbütöv adam aparar: oğlu, qızı, həyat yoldaş�
"Mənim öz siyahım var. Özümündür. Oradakı adamları verilişimə ç
İranın paytaxtı Tehranda başlayan etiraz aksiyaları şiddətlənərək geni
