Üç uşaq anası həkim səhvindən ölübmüş Prokurorluq məlumat yaydı
Digərləri 06 Yan 2026 12:58:00 98 0
Yeni Klinika PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova cinayət məsuliyyətinə cəlb edilib.
Bu xəbəri də oxu: Vitkoff: "Tramp təhlükəsizlik protokollarını qətiyyətlə dəstəkləyir"
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinika PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Fotoda: Sevinc Məmmədova
Ədliyyə naziri Fərid Əhmədovun əmri ilə Cəzaların icrasına nəzarət B
Lənkəran Olimpiya İdman Kompleksində məşq keçən uşaqların valideynlər
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Müğənni Güllünün oğlu Tuğberk Yağız Gülterin açıqlaması müzakirə
Venesuelanın paytaxtı Karakasda şənbə gecəsi saxlanılaraq ABŞ-yə aparı
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların
Türkiyədə FETÖ-nü hədəf alan əməliyyatlarda 20 gün ərzində 223 şüb
Müğənni Sibel Can ailəsində yaşanan sevincli hadisə münasibətilə gəli
ABŞ-nin 3 yanvar tarixində Venesuelaya qarşı həyata keçirdiyi hərbi əmə
40 yaşına qədər sağlam qalmaq üçün əsas məqsəd qorxutmaq deyil, risk
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Yanvar ayında Xərçəng bürcündə hərəkət edən Yupiterin təsiri ilə in
"İnci taneleri" serialının üçüncü mövsümünün çəkilişlər
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın əmri ilə Venesuelada
