Alimentlərlə əlaqədar işçinin əməkhaqqından tutulmalara dair yeni norma müəyyənləşir
Digərləri 30 Dek 2025 13:01:00 79 0
Alimentlərlə əlaqədar işçinin əməkhaqqından tutulmalara dair yeni norma müəyyənləşib.
Bu xəbəri də oxu: DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ETDİ
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Əmək Məcəlləsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
Dəyişikliyə əsasən, sonuncu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz. Başqa sözlə, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
"Reels" izləmək hormonal balansı poza bilər.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əli
2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya
Yekaterinburqda azərbaycanlılara məxsus məkanlardan biri olan "Kaspiy&q
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cər
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyy
Qazaxıstanda Yeni ili qeyri-adi şəkildə qarşılamaq istəyən avtomobil hə
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Plastik şüşədəki suyun sağlamlığa daha zərərli olduğu açıqlanıb.
