Sosial şəbəkələrdə bədənini göstərənlər cərimələnəcək
Digərləri 30 Dek 2025 12:27:00 69 0
Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək.
Bu xəbəri də oxu: Alimentlərlə əlaqədar işçinin əməkhaqqından tutulmalara dair yeni norma müəyyənləşir
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıdakı üç abzasda göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna
Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cər
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq
Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyy
Qazaxıstanda Yeni ili qeyri-adi şəkildə qarşılamaq istəyən avtomobil hə
Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Plastik şüşədəki suyun sağlamlığa daha zərərli olduğu açıqlanıb.
Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı a
Sabah başa vurmağa hazırlaşdığımız 2025-ci il həm də Azərbaycanın h�
"Space TV"də yayımlanan "Banu" verilişinin keçmiş apar�
Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Aka
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova yeni foto
