Pərdələri qar kimi ağardan təbii üsul: Cəmi bir məhsulla möhtəşəm nəticə
Digərləri 24 Dek 2025 08:41:00 94 0
Pərdələr evdə gün işığına, toza, hava çirkliliyinə və mətbəx buxarına ən çox məruz qalan əşyalardır. Zamanla bozaran və ya saralan pərdələri ağartmaq üçün çox vaxt kimyəvi ağardıcılardan istifadə olunur. Lakin bu maddələr pərdənin liflərini zəiflədir və ömrünü qısaldır. Artıq kimyəvi vasitələrə ehtiyac qalmadı - evdə olan təbii məhsullarla pərdələrinizi ilk günkü kimi ağappaq edə bilərsiniz.
Bu xəbəri də oxu: Azərbaycanda iki valyuta yenidən bahalaşdı
Pərdə parçaları havadakı toz zərrəciklərini, egzoz qazlarını, siqaret tüstüsünü və mətbəx qoxularını özünə çəkir. Hətta suyun tərkibindəki ərp (kirəclənmə) belə zamanla pərdənin rəngini bozardır. Yanlış yuyucu vasitə və yüksək temperaturda yuma da bu prosesi sürətləndirir.
Paltaryuyan Maşında Ən Praktik Ağartma Üsulu Bu üsul həm qənaətcildir, həm də həssas parçalar üçün tamamilə təhlükəsizdir:
Sodanın Gücü: Pərdələri maşına yerləşdirin və hər zamankı yuyucu tozunuzu (deterjan) əlavə edin. Üzərinə 1-2 xörək qaşığı karbonat əlavə edin. Karbonat parçanın lifləri arasına yerləşmiş boz təbəqəni parçalayaraq rəngin açılmasını təmin edir.
Ağ Sirkə Möcüzəsi: Yumşaldıcı bölməsinə isə adi yumşaldıcı əvəzinə yarım stəkan ağ sirkə tökün. Sirkə yuyucu toz qalıqlarını təmizləyir, parçanı yumşaldır və pərdənin matlaşmasının qarşısını alır. Qorxmayın, sirkə qoxusu pərdə quruduqdan sonra tamamilə yox olur.
Pərdələri mütləq aşağı temperaturda (30-40 dərəcə), həssas rejimdə və aşağı dövriyyədə yuyun.
Əgər pərdələriniz həddindən artıq çirklidirsə, bu kiçik hiylələrdən də istifadə edə bilərsiniz:
Duzlu Su: Pərdələri yumadan əvvəl bir neçə qaşıq duz əlavə edilmiş ilıq suda bir saat saxlayın.
Limon Suyu: Maşının yuma bölməsinə yarım limonun suyunu əlavə etmək sarı ləkələri yox edir.
Ayrı Yuyun: Pərdələri rəngli paltarlar və ya dəsmallarla bir yerdə yumayın, çünki digər parçalardan çıxan liflər pərdəni bozarır.
Pərdələr yuyulandan sonra dərhal asılsa, öz çəkisi ilə düzəlir və əksər hallarda ütüləməyə ehtiyac qalmır. Lalə Qüdrətova Son.az
Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast g
Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsus
Peşəkar aşpazların kələm bişirərkən tez-tez müraciət etdiyi bir üsul
Bir çox insan, xüsusilə soyuq havalarda və ya ev şəraitində belə ayaqlar
Ağ rəngli geyimlər estetik görünsə də ləkələndikdə dərhal nəzər
ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmalar�
Havaların soyuması ilə birlikdə qripə yoluxma hallarında ciddi artım mü�
Yaponiyanın dünyada ən uzunömürlü xalqlardan biri olması uzun illərdir m
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi
Müğənni Təranə Qumral toy qiymətini açıqlayıb.
Ankara Esenboğa Hava Limanından havaya qalxan və göyərtəsində Liviyanın
Türkiyəli tanınmış aktyor, rejissor və dramaturq Nedret Denizhan dünyası
Son.az 24 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs
