Hamamdan gələn pis qoxulara son: Kanalizasiya qoxusunu tamamilə yox edən metod
Digərləri 24 Dek 2025 08:08:00 87 0
Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast gəlinən, lakin həlli çox vaxt yanlış axtarılan bir problemdir. Bu qoxular sadəcə narahatlıq vermir, həm də evdəki gigiyena mühitini pozur. Xüsusilə havaların dəyişdiyi və temperatur fərqlərinin artdığı dövrlərdə borularda sıxılan qazlar daha kəskin hiss olunmağa başlayır.
Bu xəbəri də oxu: Ayaqlarımız niyə üşüyür? Əsas səbəb açıqlandı
Son.az xəbər verir ki, pis qoxuların yaranması adətən bir neçə faktorun birləşməsidir:
Borularda və sifonlarda toplanan üzvi tullantılar (saç, sabun qalıqları və s.);
Uzun müddət istifadə edilməyən traplarda suyun buxarlanması;
Köhnəlmiş və ya qurumuş kipləşdiricilər (prokladkalar) səbəbindən qaz sızması;
Ventilyasiyanın zəif olması nəticəsində boru daxili təzyiqin pozulması.
Bu qoxular sadəcə estetik problem deyil. Kanalizasiya qazlarını uzun müddət tənəffüs etmək baş ağrısı, ürəkbulanma və boğazda qıcıqlanmaya səbəb ola bilər.
Mağazalarda satılan ətirli spreylər qoxunu müvəqqəti ört-basat etsə də, əsl problem borunun içində qalır. Qalıcı həll üçün boru xəttini təmizləmək və qazın geri qayıtmasının qarşısını almaq lazımdır. Bunun üçün kimyəvi maddə ehtiva etməyən, evdə asanlıqla tətbiq olunan üsullar olduqca effektlidir.
Soda tökün: Trapa yarım stəkan qida sodası (karbonat) tökün.
Sirkə əlavə edin: Üzərinə bir stəkan ağ sirkə əlavə edin.
Gözləyin: Qarışıq köpüklənməyə başlayacaq. Bu reaksiya boru daxilindəki üzvi qalıqları parçalayır. 15-20 dəqiqə toxunmayın.
Sonda bol miqdarda isti su tökərək qalıqları tamamilə təmizləyin.
Əgər evdə uzun müddət istifadə etmədiyiniz bir kran varsa, həftədə bir dəfə oradan su axıdın ki, sifondakı su qurumasın.
Lavaboya heç vaxt işlənmiş yağ və yemək qalıqları tökməyin.
Hamamdan istifadədən sonra mütləq mühiti havalandırın.
İşlənmiş qəhvə çöküntüsünü (telve) bəzən giderə tökmək pis qoxuları neytrallaşdırmağa kömək edir.
Lalə Qüdrətova Son.az
Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsus
Peşəkar aşpazların kələm bişirərkən tez-tez müraciət etdiyi bir üsul
Bir çox insan, xüsusilə soyuq havalarda və ya ev şəraitində belə ayaqlar
Ağ rəngli geyimlər estetik görünsə də ləkələndikdə dərhal nəzər
ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmalar�
Havaların soyuması ilə birlikdə qripə yoluxma hallarında ciddi artım mü�
Yaponiyanın dünyada ən uzunömürlü xalqlardan biri olması uzun illərdir m
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi
Müğənni Təranə Qumral toy qiymətini açıqlayıb.
Ankara Esenboğa Hava Limanından havaya qalxan və göyərtəsində Liviyanın
Türkiyəli tanınmış aktyor, rejissor və dramaturq Nedret Denizhan dünyası
Son.az 24 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirlənd
