“Rasşotnoy” nədir və necə hesablanır? İşdən çıxan işçilərə ödəniş qaydası


Digərləri 23 Dek 2025 15:24:00 72 0

“Rasşotnoy” nədir və necə hesablanır?  İşdən çıxan işçilərə ödəniş qaydası

Çoxunun "rasşotnoy" adlandırdıqları son haqq-hesab işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verildiyi ay üzrə əməkhaqqı, istifadə edilməmiş məzuniyyətin kompensasiyası və qanunla müəyyən olunan işdənçıxarma müavinətindən ibarət vəsaitdir.

Bəs bu ödənişlərin məbləği necə müəyyən olunur? 

Son.az xəbər verir ki, qanunvericiliyə görə, işdən azad olunan işçiyə həmin ayda işlədiyi günlərə görə əməkhaqqı ödənilməlidir.

Əməkhaqqı işçinin işlədiyi günlərə görə hesablanır. Məsələn, vəzifə maaşı 1200 manat olan işçinin əmək müqaviləsinə 2025-ci ilin dekabr ayının 19-da xitam verilib. 22 iş günü olan ayda işçi 14 gün işdə olub. Bu halda işçinin əməkhaqqı məbləği 763,63 manat (1200*22x14) təşkil edəcək. Bu məbləğdən müvafiq tutulmalar edilir.

Həmçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.  

Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əməkhaqqısına əsasən müəyyən edilir.

Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqısının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə birgünlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş birgünlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin günlərinin sayına vurulur.

Məsələn, işçi məzuniyyətdən əvvəlki 12 ay ərzində 14 min 400 manat ödəniş alıbsa, bu məbləğ 12-yə bölünməklə orta aylıq əməkhaqqı tapılır (1200 manat) və alınan məbləğ 30,4 -ə bölünməklə birgünlük əməkhaqqı məbləği (39,47 manat) müəyyən edilir. Bu məbləğ əsas məzuniyyət günlərinin sayına vurulmaqla məzuniyyətə görə pul əvəzi ödənilir (Bu məbləğdən də müvafiq tutulmalar edilir). Bu zaman əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 

Eyni zamanda, məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Belə ki, il ərzində işçiyə 30 gün (hər ay üçün 2,5 gün) məzuniyyət günü düşür. Lakin işçi ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır. Məsələn, 2024-cü il dekabr-2025-ci il dekabr dövrü üzrə məzuniyyətindən 2025-ci ilin iyun ayında istifadə etmiş işçi ilə 2025-ci ilin avqust ayında əmək münasibətlərinə xitam verildikdə, ödənilmiş məzuniyyət haqqının bir hissəsi işçidən tutula bilər.    

Bundan başqa, məzuniyyətindən istifadə etməmiş işçiyə əmək müqaviləsinə xitam verilərkən (müəyyən hallar istisna olmaqla) ona öz arzusu ilə məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 

Həmçinin iş yeri ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar olunduqda işçiyə həmin müəssisə ilə bağlanmış əmək müqaviləsi üzrə iş stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: 

1 ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;

1 ildən 5 ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

5 ildən 10  ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

10 ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.


Xəbərə aid fotolar

Canlı yayımda rəzillik: “Uşaq sənin deyil” like
  • 23 Dek 15:10  
Digərləri Canlı yayımda rəzillik: “Uşaq sənin deyil”

Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca

arrow Ətraflı
Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub like
  • 23 Dek 14:54  
Siyasət Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN like
  • 23 Dek 14:51  
Digərləri Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

arrow Ətraflı
Müğənnilərin yeni il qiymətləri  15 min manat  SİYAHI like
  • 23 Dek 14:47  
Şou-biznes Müğənnilərin yeni il qiymətləri 15 min manat SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər

arrow Ətraflı
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 14:45  
Siyasət Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb like
  • 23 Dek 14:41  
Siyasət İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib like
  • 23 Dek 14:35  
Siyasət Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir like
  • 23 Dek 14:27  
Digərləri Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika

arrow Ətraflı
Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 23 Dek 14:25  
Siyasət Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede

arrow Ətraflı
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü like
  • 23 Dek 14:24  
Digərləri Tanrıverdi Tanrıverdiyev həbsdə öldü

Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver

arrow Ətraflı
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər like
  • 23 Dek 14:20  
Digərləri Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər

Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullay

arrow Ətraflı
Balaəli ilk dəfə yeni dəbdəbəli VİLLASINI nümayiş etdirdi like
  • 23 Dek 14:17  
Şou-biznes Balaəli ilk dəfə yeni dəbdəbəli VİLLASINI nümayiş etdirdi

Meyxanaçı Balaəli Maştağalı özünə yeni villa alıb.

arrow Ətraflı
Dərs vaxtı məktəb yandı like
  • 23 Dek 14:14  
Digərləri Dərs vaxtı məktəb yandı

Lerik rayonun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub.

arrow Ətraflı